Rusiyanın Rostov vilayətindəki miqrantlara 2026-cı il aprelin 1-dən dekabrın 31-dək kuryer fəaliyyəti, eləcə də qida, içki və tütün məhsullarının topdan və ya pərakəndə satışı ilə məşğul olmaq qadağan ediləcək. Vilayət qubernatorunun 11 fevralda verdiyi fərmana əsasən, onlara quru və boru kəməri nəqliyyatında, eləcə də poçt xidmətlərində iştirakına məhdudiyyət tətbiq ediləcək.
Martın 1-dən etibarən həmçinin miqrantlara qiymətli metalların satışı və fitnes mərkəzlərinin fəaliyyətində iştirak etmək də qadağan edilir. Vəkil Svetlana Leusovanın sözlərinə görə, qadağa yalnız iş icazəsi (patent) ilə işləyən miqrantlara şamil ediləcək.
Bəs bu qərarlar Rostov vilayətində yaşayan minlərlə azərbaycanlıların yaşayışına ciddi mənfi təsir göstərəcəkmi? Eyni zamanda bu məhdudiyyətlərin tətbiqi azərbaycanlı miqrantların Rusiyadan geriyə öz vətənlərinə qayıtmasına gətirib çıxara bilərmi?
Hüquqşünas Xəyal Bəşirov Musavat.com-a bildirib ki, son illərdə Rusiyanın bir sıra regionlarında miqrasiya siyasəti sərtləşdirilir:
“Rostov vilayəti isə Ukrayna müharibəsi fonunda strateji bölgə sayılır və təhlükəsizlik arqumenti ilə əmək bazarına nəzarət artırılır. Rostov vilayətində miqrantlara qarşı tətbiq ediləcək yeni məhdudiyyətlər praktik olaraq əmək bazarının ən çox miqrantların çalışdığı seqmentlərini hədəfləyir. Bu baxımdan qərarın azərbaycanlılara təsiri real və hissolunan ola bilər”.
Hüquqşünas qeyd edib ki, Rostov vilayətində yaşayan azərbaycanlıların əhəmiyyətli hissəsi ərzaq, içki, bazar sektorunda pərakəndə və topdansatış ticarətdə, logistika və kuryer xidmətlərində, kiçik sahibkarlıq, xidmət sahələrində fəaliyyət göstərir:
“Haqqında söhbət gedən qərar isə xüsusilə ticarət və logistika sektoruna zərbə vuracaq. Bu isə gəlir itkisi və işsizliyin artması ilə nəticələnə bilər. Əgər nəzarət sərt və total tətbiq olunarsa, xüsusilə kiçik biznes sahibləri və bazar ticarəti ilə məşğul olanlar üçün ciddi sosial-iqtisadi çətinliklər yarana bilər”.
Hüquqşünas hesab edir ki, kütləvi qayıdış ehtimalı zəifdir:
“Amma gəlirini tam itirən ailələr, hüquqi statusu zəif olan əmək miqrantları, alternativ iş tapa bilməyənlər öz vətənlərinə qayıtmaq barədə düşünə bilərlər. Lakin nəzərə almaq lazımdır ki, Rusiyada formalaşmış biznes şəbəkələri, ailə bağları, uzunmüddətli yaşayış icazələri miqrantların bir hissəsini qalmağa və uyğunlaşmağa sövq edə bilər”.



Rusiyada miqrantlara daha bir QADAĞA
Azərbaycanda elektron siqaretlər qadağan olunur
Bu ölkə plastik paketlərdən imtina edir
Rusiyanın daha bir vilayətində niqab qadağan edilir
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
Azərbaycanda daha bir qadağa
Sabahdan bu iş yerləri açılır — SİYAHI
Azərbaycanda bu dərmanların satışı qadağan olunur
Azərbaycanda yeni qadağa tətbiq ediləcək
Deputatdan açıqlama- "Bu içkilərin satışına məhdudiyyət qoyulsun"
Komendant saatında fəaliyyətinə icazə verilən sahələr - SİYAHI
Bu gündən bu iş yerləri açılır- Siyahı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 