Ukraynada məcburi hərbi xidmət və səfərbərliklə bağlı müzakirələr davam etdiyi bir vaxtda peşəkar futbolçu Danilo Kolesnık ilə bağlı yayılan görüntülər ölkə gündəmində geniş rezonans doğurub.
ONN media xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda səfərbərlik əməkdaşlarının futbolçunu aparmağa cəhd göstərdiyi, onun isə buna fiziki müqavimət göstərdiyi görünür. İddialara görə, hadisə idmançının yaşadığı evin yaxınlığında baş verib. Görüntülərdə Kolesnıkın əməkdaşları itələdiyi və hadisə yerindən uzaqlaşdığı əks olunur. Video qısa müddətdə sosial mediada geniş yayılıb.
Hadisə fonunda Ukraynada məcburi səfərbərlik üsulları yenidən müzakirə mövzusuna çevrilib. Son dövrlərdə hərbi xidmət yaşında olan şəxslərin ictimai yerlərdə saxlanılması və yoxlanılması halları cəmiyyətdə birmənalı qarşılanmır. Bu üsullar bəzi dairələr tərəfindən "busifikasiya" adlandırılır və tənqid olunur.
Rəsmi Kiyev isə ölkənin müharibə şəraitində olduğunu və insan resurslarına ehtiyacın davam etdiyini bildirir. Hakimiyyət nümayəndələri səfərbərlik tədbirlərinin qanunvericiliyə uyğun həyata keçirildiyini vurğulayırlar.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib. Məsələ sosial şəbəkələrdə və mediada müzakirə olunmaqda davam edir.



Ölkədə səfərbərlik olacaq?- Rəsmi
Ukraynada müharibə 9 mayda bitir?
Qismən səfərbərliyə bu şəxslər cəlb olunacaq - RƏSMİ
Rusiyada səfərbərlik yenidən başladı
Oğlan əsgər getməmək üçün 81 yaşlı qohumu ilə evləndi
Ağ Evin qarşısında bir nəfər özünü yandırdı - VİDEO
Könüllülərin tərxis olunması ilə bağlı rəsmi açıqlama
Kamil Zeynallıya "medal verilməsi" ilə bağlı RƏSMİ AÇIQLAMA
Səfərbərlik xidməti çağırışçılara müraciət etdi: İyunun 25-30-da...
Səfərbərlik xidmətindən mühüm açıqlama
Şəmkir sakini Ukraynada QƏTLƏ YETİRİLDİ
İranda ŞOK HƏRƏKƏT- Prezidentə təxribat törədildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 