Bakıda ustanın maşını düzgün düzəltmədiyini deyən şəxs onun evinə atəş açıb.
Hadisə aprelin 11-i gecə saat 12 radələrində Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının həyətində baş verib.
Belə ki, həmin binada yaşayan Ağdam rayon sakini İxtiyar adlı usta Binəqədi rayon sakini Etibar Əlizadənin avtomobilini təmir edib. Dünən E. Əlizadə maşını düzgün düzəltmədiyini deyərək ustanın arxasınca yaşadığı əraziyə gəlib. Orada onun qarşısına İxtiyarın qardaşının xanımı çıxıb. E. Əlizadə qadının üzərinə gedərək İxtiyarın maşını düzəltməsini tələb edib və onların evinə tərəf atəş açıb.
Əvvəllər də məhkum olunmuş E. Əlizadə hadisə yerinə qardaşına məxsus “Chevrolet” markalı avtomobillə gəlib. Hadisə yerindən uzaqlaşdıqdan sonra idarəetməni itirərək qəza törədib. E.Əlizadə polis əməkdaşları tərəfindən saxlanılıb və üzərində atəş açdığı tapança və 7 patron aşkar edilərək götürülüb.
Qeyd edək ki, sözügedən binada bir çox məcburi köçkün dövlət tərəfindən məskunlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.



Ermənistanda silahlı insident oldu
Bakıda gecə saatlarında atışma oldu - MAŞIN DƏRƏDƏN AŞDI
Polis əməliyyat keçirdi - Silahlı şəxslər tutuldu
ABŞ-da silahlı şəxs polisə atəş açdı və...
ABŞ-da naməlum şəxs insanlara atəş açıb
Bakıda "Kalaşnikov"la maşını atəşə tutan polkovnik həbs edildi
Atəş açıb mühafizəçini hədələdi - Göyçayda şok hadisə
Bakıda mənzillərə atəş açan şəxs kimdir? - RƏSMİ
Brakonyerlər Qızılağac milli parkının əməkdaşlarına atəş açdı - YARALI VAR
Nəcməddin Sadıkov Bakıda qəzaya düşdü: "10 min verdi ki..."
Polisdən ƏMƏLİYYAT: Silahlı şəxslər ƏLƏ KEÇDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 