Çinin kiçik bir şirkəti "Windows 10" sistemi ilə işləyən "Mini PC" adlı yığcam kompüter hazırlayıb. Qurğunu istənilən çantaya və hətta cins şalvarın cibinə yerləşdirmək olar. Çoxlu sayda konnektordan istifadə edilməsi nəticəsində korpus nisbətən qalın alınıb və bu, qurğunun yığcamlığına xələl gətirir. Korpusun ölçüləri 13,5×9×1,6 sm təşkil edir.
ONN media ICTnews-a istinadən bildirir ki, "Mini PC" qurğusunun korpusunda 4 ədəd "USB", 1 ədəd "USB Type-C", "HDMI", "LAN", qulaqlıqlar üçün 3.5 mm-lik konnektor və kartrider yerləşdirilib. Daxili 5 düymlük sensor ekrandan başqa sözügedən qurğuya istənilən monitor və ya televizoru qoşmaq olar. Kompüter "Intel Atom x7-Z8750" prosessoru, 8 QB əməli yaddaş və 128/256/512 QB-lıq SSD daşıyıcı ilə təchiz edilib. Bu xarakteristikalarına görə istehsalçılar kompüteri öz sinfində ən güclü adlandırıblar.
Kompüter "Windows 10" sistemi ilə işləyir, amma istəkdən asılı olaraq "Android" sistemini aktivləşdirmək olar. Tədarük dəstinə qatlanan "Bluetooth" klaviatura daxildir.
"Mini PC" kompüterinin ilkin sifariş qiyməti 139 dollardır. İlk çatdırma 2018-ci ilin sentyabrına planlaşdırılıb.



Windows 10 zəifləyir
“Lenovo” dünyada ilk “5G” noutbukunu təqdim etdi
Köhnə “Windows” versiyaları məcburi yenilənəcək
DİQQƏT - Hakerlər kompüterlərə 5 dəqiqəlik müdaxilə edir
“Microsoft” “Windows 7”nin son istifadə tarixi nə vaxtı? - Açıqlama
Bu tarixdən “Windows 7” və “XP”də olan klassik oyunlar ləğv ediləcək
Bu telefon sahiblərinin diqqətinə
Dünyanın İLK QATLANABİLƏN NOUTBUKU - VİDEO
Windows yeniləməsi problemlər yaradıb
"Azercell"dən Novruza özəl kampaniya!
“Windows” üçün təhlükəli virus yayılıb
63-cü gün: Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 