Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Krımdan çəkilən körpünü istifadəyə verməsini kəskin tənqid edərək, bu addımı qanunsuz adlandırıb.
ONN media xəbər verir ki, bu barədə Ukrayna prezidenti "Facebook" səhifəsində bildirib.
"Bu, Kreml tərəfindən beynəlxalq hüquqa sayğısızlığın növbəti sübutudur” - deyə Poroşenko yazıb. O, bildirib ki, Ukrayna hökuməti Krım körpüsünün qanunsuz tikintisi ilə əlaqədar öz suveren maraqlarının qorunması üçün dəniz hüququ üzrə BMT Konvensiyasının Arbitraj məhkəməsinə şikayət ərizəsi verib:
"Çox təəssüf ki, Rusiya hakimiyyəti öz infrastruktur avantüralarına Avropa biznesinin nümayəndələrini də cəlb etməyə çalışır. Bununla onlar beynəlxalq-hüquqi məsuliyyətdən yaxa qurtarmağa cəhd göstəririlər. Körpü Krımı tərk edəndə işğalçılara mütləq lazım olacaq”.
Xatırladaq ki, ötən gün Krım yarımadasını Rusiyanın Krasnodar vilayəti ilə birləşdirən körpünün açılışı olub. Rusiya prezidenti Vladimir Putin tədbirdə şəxsən iştirak edərək, körpünün davamlılığını yoxlamaq üçün "KamAZ” markalı 10 yük maşınından birini özü idarə edib. 19 kilometr uzunluğundakı Krım körpüsü hələ ki yalnız yüngül avtomobillər və sərnişin avtobusları üçün açıqdır. Ağır tonnajlı yük maşınlarının körpüdən keçməsinə 2018-ci ilin oktyabrından, qatarların hərəkətin isə 2019-cu ilin sonundan icazə veriləcək.



Ukrayna Rusiyadakı müvəqqəti işlər vəkilini geri çağırdı
Ukrayna: Krım körpüsünün vurulması an məsələsidir!
Prezident Rusiya ilə dostluğa son qoydu - ŞOK QƏRAR
Rusiya Azovu işğal edib - Poroşenko
Bu ölkə Putinin idarə etdiyi qatar barədə araşdırmalara başladı
“Bu, Avropada müharibə deməkdir” – Zelenski Krımdan danışdı
Poroşenko Rusiya ilə danışıqların şərtini açıqladı
Ukrayna və Rusiya arasında GƏRGİNLİK ARTIR
Zelenski Şarl Mişellə danışdı
Krımda Ukrayna casusu yaxalandı
Zelenski açıqladı: "Ərazilərimizin 20%-i..."
Rusiya Ukrayna gəmilərinə BELƏ HÜCUM ETDİ - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 