Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin dayandırılması haqqında qanunu imzalayıb.
ONN media Publika -ya istinadən xəbər verir ki, bu haqda dövlət başçısı Tvitter hesabında bildirib.
Qeyd edək ki, dekabrın 6-da Ali Rada Rusiya ilə dostluq müqaviləsinin dayandırılması haqqında qanunu qəbul edib. Qanun layihəsinin təşəbbüskarı Ukrayna prezidenti idi. Qanuna əsasən, 2019-cu ili 1 aprel tarixindən dostluq müqaviləsi qüvvədən düşür.
Xatırladaq ki, iki dövlət arasında imzalanan dostluq və əməkdaşlıq müqaviləsi 1997-ci ildə imzalanıb. Sənəd qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığı, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörməti, mübahisələrin sülh yolu ilə nizamlanmasını, güc və ya iqtisadi də daxil olmaqla, təzyiqin başqa üsullarının tətbiq edilməməsini nəzərdə tuturdu.
Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.
Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub



Poroşenko dostluq barədə sazişi ləğv etdi
Paşinyan Putindən ümidini üzmür - BU DƏFƏ...
Rus dili tam qadağan edilir
Putin və Paşinyan telefonla danışacaq
Rusiya Ukrayna gəmilərinə BELƏ HÜCUM ETDİ - VİDEO
“Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb
ABŞ-dan Türkiyəyə XƏBƏRDARLIQ
Paşinyan Putinə məktub göndərdi
Putindən ŞOK GEDİŞ: Bu müqavilədən imtina etdi
Ukrayna Rusiyadakı müvəqqəti işlər vəkilini geri çağırdı
Rəsmi Bakıdan İranın sərhədə hərbi texnika cəmləməsinə REAKSİYA
SON DƏQİQƏ: Ordu hazırdır- Müharibə əmri verilə bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 