Hökumətin binası qarşısına toplaşan sürücülər baş nazir Nikol Paşinyanla görüş tələb edirlər
Ermənistanda özəl daşıyıcı şirkətlərə məxsus avtobusların sürücüləri etiraz aksiyası keçirirlər. Buna səbəb hökumətlərarası lisenziyanın olmamasından dolayı, həmin sürücülərə Rusiya ilə sərhədi keçməyə icazə verilməməsidir.
ONN media xəbər verir ki, şirkətin nümayəndələri hökumətin binası qarşısında toplaşaraq lisenziya alınmasını və tariflərə yenidən baxılmasını tələb edirlər. Mələsə bundan ibarətdir ki, iyunun 1-dən qeyri-müntəzəm şəkildə Ermənistandan Rusiyaya və ya əks istiqamətdə sərnişin daşıyan sürücülərə hökumətlərarası lisenziya olmadan Rusiya sərhədini keçmək qadağan olunub. Ermənistan qanunvericiliyinə əsasən, sərnişin daşıma üçün lisenziyalar yalnız müntəzəm olaraq Rusiyaya və ya əks istiqamətdə sərnişin daşıyan şirkətlərə verilir.
"İyunun ikisindən bizim maşınları "Baqratşen" nəzarət keçid məntəqəsindən buraxmadılar. Bizə bildirdilər ki, biz müvafiq razılaşmanı Yerevanda, Nəqliyyat Nazirliyindən almalıyıq", — deyə Ermənistandan Rusiyaya qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olan firmalardan birinin direktoru Anjela Astanosyan bildirib.
"Bir dəfə gediş üçün 150 000 min dram (528 AZN) həcmində vergi tələb edirlər. 150 000 ödəyirsən və sənə sənəd verirlər. Lakin bundan sonra da səni cərimələyə bilərlər. Bu 150 000 mindən əlavə, dolu və boş olmasından asılı olmayaraq hər bir oturacağa görə də 2400 dram (8,45 AZN) tələb edirlər", — deyə digər şirkətin direktoru Artak Knazyan diqqətə çatdırıb.
Sürücülər sərnişin daşımalarını həyata keçirmək üçün lisenziyanın əldə olunması üçün keçirilən tenderlərdən narazıdırlar və onlar bütün daçıyıcılar üçün eyni şərtlərin yaradılması üçün əvvəlki lisenziya sisteminə qayıtmağı tələb edirlər.



COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq - RƏSMİ
İrəvan QARIŞDI: Azadlıq meydanında...
Erməni valideynlər Qarabağa göndərilən övladlarını geri çağırır - ETİRAZ AKSİYASI
Gürcüstan Ermənistanla sərhədləri BAĞLADI - Giriş-çıxış QADAĞAN EDİLDİ
Gecə marşrutları xəttə buraxıla bilər - RƏSMİ
Ermənistanda etiraz aksiyası keçirilib
Bakı-Sumqayıt marşrutu üzrə işləyən avtomobillərlə bağlı AÇIQLAMA
Ermənistan yenidən etiraz aksiyasına qalxdı: Rusiya ilə bağlı TƏLƏB
Bu yolda sərnişin daşıyanların NƏZƏRİNƏ
Paşinyan kütləvi həbsləri başlatdı - Ermənistanda GƏRGİNLİK ARTIR
Yerevanda nə baş verir?- Vəziyyət GƏRGİNDİR
Bu taksi sürücüləri ilə bağlı YENİLİK
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 