Oktyabrın 1-dən COVID-19 infeksiyasına qarşı peyvəndin hər iki dozasını qəbul etməyən marşrut sürücüləri reysə buraxılmayacaq.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.
N.Allahyarova deyib ki, bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə nəzərdə tutulub:
“Əlavədə deyilir ki, COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir. Yəni bura avtobus sürücüləri də daxildir".
"Bu baxımdan Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq biz bununla bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq etmişik. Sürücülər daşıyıcı şirkətlərin əməkdaşları olduğu üçün xəbərdalığı həmin şirkətlərə ünvanlamışıq. Daşıyıcı şirkətlər müntəzəm və qeyri-müntəzəm marşrut xətlərində dövlət xidməti göstərdiyi üçün həmin şirkətlərə xəbərdarlıq olunub və qərar onlara xatırladılıb. Oktyabrın 1-dən etibarən immun sertfikatı və COVİD - 19 sertifikatı olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək", - deyə DANX rəsmisi vurğulayıb.



Polisdən peyvənd vurdurmayan sürücülərə XƏBƏRDARLIQ
Avtovağzallarda BU ŞƏXSLƏRƏ bilet satılmayacaq
Rayonlara getmək istəyənlər üçün qaydalar açıqlandı
Taksilərlə bağlı yeni qayda
Rayonlara gedənlərin NƏZƏRİNƏ: Yeni qadağa - Noyabrın 1-dən...
Bir doza vaksin olunanlar kinoteatrlara və əyləncə məkanlarına buraxılacaq? - DİN-dən AÇIQLAMA
Bakıdan bölgələrə dəmir yolu ilə sərnişindaşma bərpa olunur
Şəhər və rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq
Gecə marşrutları xəttə buraxıla bilər - RƏSMİ
Bakıdan rayonlara gedənlərin DİQQƏTİNƏ: Bu gündən...
Şəhərlərarası sərnişin daşımada yeni qaydalar olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 