“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəmə prosesinə cəlb edilməsinə baxmayaraq, Ermənistan baş katib postunu özü üçün saxlamaq niyyətindədir”.
ONN media xəbər verir ki, bunu Ermənistanın baş nazirin mətbuat katibi Arman Yeqoyan bildirib.
Onun sözlərinə görə, Ermənistan ona əsaslanır ki, yeni baş katib də respublikanın nümayəndəsi olmalıdır.
“Kvota 2020-ci ilə qədər Ermənistana aiddir”, - hökumət rəsmisi deyib.
Arman Yeqoyan əlavə edib ki, 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi üzrə istintaq ölkənin daxili işidir:
“Bu nə siyasi çəkiyə malikdir, nə də beynəlxalq proseslərlə bağlıdır. İrəvan hər şeyi edir ki, baş katiblə bağlı vəziyyət təşkilatın nüfuzuna təsir etməsin. Erməni tərəfi Rusiyayla daimi əlaqədədir”.
Daha əvvəl “Kommersant” qəzeti dövlət strukturlarındakı mənbələrə istinadən yazıb ki, KTMT-nin baş katibinə irəli sürülən ittihamlar Moskvada “xüsusi qıcıqlanma” yaradıb.
Xüsusi halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəmə prosesinə cəlb edilməsi Kremli özündən çıxarıb. Mənbələrin sözlərinə görə, Rusiyada Ermənistanın indiki administrasiyasının hərəkətlərini hərbi blokun imicinə zərbə hesab edirlər. Moskvada KTMT-nin baş katibi vəzifəsinə başqa ölkənin (KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan daxildir – red.) vətəndaşının seçilməsini istisna etmirlər.
Mənbələr qəzetə danışıblar ki, Ermənistandan yeni namizəd avtomatik qaydada təsdiqləməyəcək:
“Əgər erməni namizəd digər ölkələri qane etməsə, Belarus öz namizədini irəli sürəcək. Ermənistandakı çəkişmələr bütün təşkilatın imicinə böyük ziyan vurur. Qəribədir ki, onlar özləri bunu başa düşmürlər”, - Rusiyanın prezident administrasiyasına yaxın mənbə bildirib.
Qəzetin həmsöhbətləri qeyd edirlər ki, İrəvandakı yeni hakimiyyətin hərəkətləri ilə daha əvvəl uyğunlaşdırılan və dəyəri 100 milyon dollar qiymətləndirilən silah partiyasının Ermənistana çatdırılması təhdidi altına düşüb.
Xatırladaq ki, iyulun 31-də Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov İrəvandan narazılığını açıq şəkildə dilə gətirib. Onun sözlərinə görə, Ermənistanda baş verən hadisələr siyasi sələflərini təqib etməyəcəyini bildirən yeni ölkə rəhbərliyinin bəyanatları ilə ziddiyyət təşkil edir.
İrəvanın Lavrova cavabı gecikməyib. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirdi ki, Ermənistanda daxili siyasi proseslər xarici siyasətlə bağlı deyil.
“Biz hüquqi dövlətin formalaşması ilə bağlı olan daxili proseslərə beynəlxalq reaksiyaları izləyirik. Bu proseslər Ermənistanın xarici siyasətiylə əlaqəli deyil. Erməni tərəfi təsdiq edir ki, parlament tərəfindən təsdiq edilmiş hökumət proqramı ilə möhkəmləndirilmiş xarici siyasət prioritetləri Ermənistan-Rusiya ittifaqın dərinləşməsinə, Avrasiya İqtisadi İttifaqı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı münasibətlərin təsirliliyin artmasına hədəflənib”, - Balayan vurğulayıb.



Putindən erməni generala BÖYÜK ZƏRBƏ
KTMT baş katibi Ermənistana gəldi – NİYƏ?
Ermənistandan KTMT-yə yeni təklif
KTMT TŞ İrəvana niyə toplaşır?
Ermənistanın planları SUYA DÜŞDÜ: təxirə saldılar
KTMT Bakı və İrəvana müraciət etdi
KTMT-nin baş katibi Azərbaycanla sərhədə gəldi
KTMT-nin baş katibi dəyişdi
Paşinyandan ŞOK AÇIQLAMA- Ermənistandan çıxır
KTMT-dən Ermənistana TƏRS ŞİLLƏ
KTMT-dən Zəngəzurla bağlı AÇIQLAMA: Alternativi yoxdur
İrəvanda etiraz başladı - Polis mühasirəyə aldı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 