Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra Moskvaya qarşı süngülər qaldırıldı, lakin rusların artıq ermənilərin şıltaqlığı ilə oynamaq fikrində olmadığı müşahidə edilir. Moskva İrəvana deyir: “Davay, dosvidaniya!”.
ONN media Publika-ya istinadla xəbər verir ki, rusiyalı şərhçi Sergey Verxovtsevin “kubnews” saytında dərc olunan məqaləsində Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsinin qaldırılmasına toxunur.
Rusiyalı şərhçi Feysbuk sosial şəbəkəsində ölkəsinin Gümrüdəki 102-ci hərbi bazasının əleyhinə yaradılan səhifəni xatırladıb.
Bu səhifə “Rusiya hərbi bazasının Ermənistanın maraqlarına uyğun olmadığı və ölkədən çıxarılmasının vacibliyini” təbliğ edir.
“Bu nədir? Niyə Ermənistandan birdən Rusiyaya qarşı süngülər qaldırıldı və 102-ci hərbi bazaya qarşı virtual üsyan bayrağı açıldı? Burada bir məsələni aydınlaşdırmaq lazımdır: bu prosesin müəllifi kimdir və bu, kimə əlverişlidir?”, - deyə o yazır.
S. Verxovtsev qeyd edir ki, bunun arxasında Soros Fondunun Ermənistandakı nümayəndəsi Daniyel İonisyan dayanır: “Bu işdə onun əsas köməkçisi baş nazir Paşinyanın birinci köməkçisi Ararat Mirzoyanın keçmiş mətbuat katibi Karpis Paşoyandır. Paşoyan yaxın vaxtlarda “aprelı müharibəsi”ndə ölmüş erməni əsgərlərini təhqir etdiyi üçün işdən çıxarılıb. Göründüyü kimi, prosesin arxasındakı baş Sorosdur və onun tapşırığı ilə rusofob fəaliyyəti aparılır”.
S. Verxovtsev Ermənistanın müdafiə naziri David Tonoyanın Panik kəndində rus hərbiçiləri ilə bağlı baş vermiş qalmaqaldan sonra səsləndirdiyi fikirləri də xatırladıb.
Tonoyan bildirmişdi ki, Ermənistandakı Rusiya hərbi bazası və rus sərhədçiləri ilə bağlı razılaşmanı təkrar gözdən keçirə bilərlər.
“Belə təəssürat formalaşır ki, İrəvanda yeni hökumət Rusiya ilə münasibətlərin bərkidilməsini rəsmi şəkildə dəstəkləyir, lakin hökumətə kənardan rəhbərlik edən şəxslər daxili informasiya sahəsində ciddi anti-Rusiya kampaniyası aparır və bu kampaniya getdikcə daha da genişlənir. Bütün bunlar normal insanlarda ciddi narahatlığa səbəb olur, xüsusilə Paşinyanın qərbə qrantlarınının hesabına maliyyələşən şəxsləri dövlət postlarına gətirməsi fonunda. Əgər belə davam edəcəksə, “Sorosun uşaqları” pul aldıqları yerin tapşırıqlarını yerinə yetirəcəklər və sonda Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına nail olacaqlar. Lakin bundan sonra Ermənistanı kim qoruyacaq, axı heç bir qərb QHT-si bunu bacarmayacaq”, - deyə rusiyalı şərhçi bildirib.



ABŞ-ın torpaqlarımızda QORXUNC PLANI
Rusiya Ermənistanda təsirini itirir - KİV
“Paşinyandan sonrakı Ermənistan başçısı…” – Qərbin SENSASİON PLANI
Ermənistan rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsini İSTƏYİR
Erməni generalın ŞOK SATQINLIĞI ÜZƏ ÇIXDI
Putindən Paşinyana ZƏRBƏ: Moskva...
Ermənistanda rusiyalı hərbçi ÖLÜ TAPILDI
Paşinyan Moskvaya YALVARIR- SƏBƏB?
Erdjanik Abqaryan: ”Rusiya ermənilərə qarşı saymazlıq nümayiş etdirir”
ABŞ və Türkiyənin Qarabağ planı var?- SENSASİYA
Rus ordusunun pilotları Ermənistanda təlim keçirib
Rusiya merindən ŞOK: Ermənistanı çıxarıb rədd edək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 