ABŞ, İtaliya və Çindən olan bir qrup meteoroloq Saxara səhrasının (Böyük səhra) iqlimini modelləşdirib və bu, sözügedən regionun yenidən məhsuldar ola biləcəyini göstərib.
ONN media RİA "Novosti"yə istinadən xəbər verir ki, onların araşdırması "Science" jurnalında dərc olunub.
Yuciniya Kalnayın rəhbərlik etdiyi alimlər qrupu öz araşdırmasında Saxaranın bütün ərazisində (9 milyon kvadrat kilometrdən çox) günəş və külək elektrik stansiyaları tikməyi təklif ediblər. Bu meqalayihənin həyata keçirilməsi sayəsində hazırda bütün bəşəriyyətin istifadə etdiyi elektrik enerjisindən 4 dəfə çox enerji istehsal etmək mümkün olacaq.
Onların sözlərinə görə, obyektlərin səhraya yerləşdirilməsindən sonra yağıntıların sayı iki dəfədən çox artacaq ki, bu da bitkilərin cücərməsini sürətləndirəcək və bunun sayəsində bölgədə bitki örtüyü artacaq.
Alimlər qeyd edirlər ki, böyükmiqyaslı külək elektrik stansiyaları küləyin hərəkətinə təsir edəcək, həmçinin hava kütlələrinin qarışmasına köməklik göstərəcək. Günəş batareyası panelləri isə günəş şüalarını əks etdirəcək və beləliklə torpaq səthini soyudacaq.
Mütəxəssislərin fikrincə, belə tədbirlər səhrada əkinçiliyin yenidən inkişaf etməsi üçün kifayət edəcək.



Laçın və Kəlbəcərdə külək elektrik stansiyaları tikiləcək
Ərəb şirkəti Azərbaycanda elektrik enerjisi satacaq – QİYMƏT
Azərbaycanda 40 -a yaxın kənd İŞIQSIZ QALDI
Prezident: Ermənilər Laçın da 5 su elektrik stansiyasını dağıdıb
Naxçıvanda elektrik enerjisinin istehsalı ötən il nə qədər artıb?
İnanılmaz kəşf- Günəş enerjisini benzinə çevirəcəklər
Dünyanın ən böyük günəş elektrik stansiyası tikilir
Azərbaycanda elektrik enerjisi istehsalı və istehlakı həcmi açıqlandı
Koronavirus bu yolla yoluxa bilər
Gələcəkdə elektrik enerjisi pulsuz olacaq?
SEVİNDİRİCİ XƏBƏR - Telefon naqilsiz də...
Şad xəbər: Elektrik enerjisi ilə bağlı limit artırılır
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 