Türkiyə Azad Suriya Ordusuna (ASO) hazır olun göstərişi verib.
ONN media xəbər verir ki, Türkiyə ordusu da “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatları ilə təmizlədiyi bölgələrdə və İdlibdə hazır vəziyyətə gətirilib.
Bölgədə 30 min türk əsgəri və 50 min ASO döyüşçüsü hücum əmrini gözləyir.
“Yeni Şəfəq” qəzeti yazır ki, son 15 gündə türk ordusu Suriya sərhədində zirehli texnika və tank sayını iki qat artırıb.
Bütün bu hazırlığın səbəbi Rusiya və Əsəd rejiminin İdlibi bombalamasıdır.
ASO-ya verilən təlimatda döyüşçülərin və silah-sursatın sayı haqqında məlumat verilməsi və hazır olması qeyd olunub. Türkiyənin Suriyada terrorçulardan təmizlədiyi bölgələrdə yaratdığı “Milli ordu” adı altında birləşən 30 min ASO döyüşçüsünün 10 mini bölgədə saxlanılacaq, 20 mini isə İdlibə göndəriləcək. İdlibdəki bütün qruplarından yaradılmış “Vətən cəbhəsi” ordusunda isə 30 min döyüşçü var. Beləliklə, 50 min döyüşçü İdlibdə döyüşə hazır vəziyyətə gətiriləcək.
Təhlükəsizlik üzrə mütəxəssis Coşkun Başbuğ bildirib ki, türk ordusunun sərhədə toplanması sadəcə müdafiə xarakteri daşımır: “Hücum hər an başlaya bilər. İdlib üzərində baş verənlər Afrin və “Fərat qalxanı” bölgəsinə qarşı çirkin planları özündə birləşdirir. Türk ordusu bütün seçimləri masaya qoyub. Ərdoğanın “sadəcə baxmaqla kifayətlənməyəcəyik” sözləri də bundan xəbər verir”.



Türkiyə ordusu 12 terrorçunu məhv etdi
"Hərəkata 15 min döyüşçü verməyə hazıram"- Suriya Milli Ordusu
ASO hazır vəziyyətə gətirildi
SON DƏQİQƏ: Türkiyə və Suriya orduları arasında DƏHŞƏTLİ TOQQUŞMA - Onlarla hərbçi öldü
SON DƏQİQƏ: Əsəd ordusu İdlibdən qaçır – Türkiyədən AĞIR ZƏRBƏ
Türkiyə İdlibə əlavə qüvvə yeridir
Parisdə SON VƏZİYYƏT: zirehli maşınlar hazır vəziyyətə gətirilib
Türk ordusuna dəhşətli hücum: ABŞ mövqeyini elan etdi
Türkiyə ordusuna DƏHŞƏTLİ HÜCUM - ölü sayrı artdı (YENİLƏNDİ)
Ərdoğan BÜTÜN DÜNYAYA ELAN ETDİ: Əgər Əsəd bunu etməsə...
İbrahim Qalın: "Nə qədər ki, türk ordusu var, Əsəd..."
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 