İşğalçı Ermənistanın Azərbaycanın qədim diyarı Naxçıvana da iddialarının olduğu məlumdur. Xüsusilə populist Paşinyanın hakimiyyətə gəlişindən sonra işğalçı ölkədə “Naxçıvana hücum edək”, “Bu əraziləri ələ keçirək” çağırışları tez-tez səsləndirilir.
ONN media Publika-ya istinadla xəbər verir ki, Ermənistan bu dəfə bir az da irəli gedərək, Naxçıvanın işğalı üçün İngiltərə kraliçası II Yelizavetadan kömək istəyib.
Erməniləri buna ruhlandıran məsələ kraliçanın müstəqillik günü münasibətilə Paşinyana göndərdiyi təbrik məktubu olub.
Kraliça məktubunda Ermənistanla İngiltərənin münasibətlərinə toxunub qeyd edib ki, “Bizim ölkələrimiz arasında sıx tarixi əlaqələr var və mən gözləyirəm ki, dostluğumuz və əməkdaşlığımız davam edəcək”.
Kraliçanın təbrikində Naxçıvan haqqında bəhs olunmur, dedikləri sözlər də daha çox təbrik protokolunda istifadə olunan ifadələrdir. Lakin ermənilər bu təbriki özlərinə məxsus formada şərh edərək, kraliçanın Naxçıvanı xatırladığını iddia edirlər.
“Ermənistan ərazisi 1921-ci ildə Türkiyə və Rusiya arasında bölünüb, bu müqavilənin 100 illiyi 2021-ci ildə başa çatacaq. I Dünya müharibəsi zamanı İngiltərə ilə ermənilər arasında çox yaxşı əlaqələr var idi. Həmin ərəfədə Naxçıvan bizim idi, sonradan onu Azərbaycan aldı. Kraliça həmin dövrü yada salmaqla Naxçıvana işarə edir”, - deyə Ermənistan mediası absurd şəkildə iddia edir.
Bu, olduqca gülməli səslənir, lakin qarşı tərəfdə ermənilərin olduğunu düşünəndə onlardan istənilən təxribatı gözləmək mümkündür. Təsadüfi deyil ki, kraliçanın təbrikini şərh edən Ermənistan mediası Naxçıvanın işğalında İngiltərənin onlara kömək etməli olduğunu yazırlar.
“Çünki ermənilər I Dünya müharibəsində ingilislərə kömək edirdi, indi də onlar bizə kömək etməlidir”, - deyə erməni jurnalistlər yazırlar.



Kraliça ağır xəstələndi - İNGİLTƏRƏ TƏLAŞ İÇİNDƏ
Britaniya kraliçası əməliyyat olunub
Mehriban Əliyevadan Müstəqillik Günü təbriki
XİN ABŞ-ni Müstəqillik Günü münasibətilə təbrik edib
Kral və Kraliça Prezidenti təbrik etdi
İlham Əliyev Zelenskini təbrik etdi
Naxçıvanın muxtariyyət statusu ləğv oluna bilər?
Azərbaycan XİN İspaniyanı təbrik edib
Ermənistan vətəndaşı Naxçıvana keçdi
Ermənistan özünü yox edə biləcək SƏHVƏ YOL VERDİ: Türkiyəyə...
Ermənistan-İran sərhəddi bağlana bilər
Azərbaycan XİN Ukraynanı təbrik edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 