“Parlament seçkiləri Paşinyan üçün həyati əhəmiyyətli məsələdir. Bu seçkilər olmadan o, hakimiyyət strukturlarını legitimləşdirə bilməyəcək”.
ONN media Publika-ya istinadla xəbər verir ki, bu sözləri politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
Politoloq Ermənistan parlamentinin mühasirəyə alınması və bu ölkədəki hazırkı durumu şərh edib.
Onun sözlərinə görə, Ermənistanda küçə mitinqləri, “məxməri inqilabı”ndan sonra özünü itirmiş siyasi opponentlər və müxalifət özünə gəlməkdədir:
“Bu dirçəlişlə baş nazirinin seçkilər dövründə istefa verməsi ilə bağlı müddəanın ləğvinin qarşısını aldılar. Bununla da Paşinyan seçkilər dövründə baş nazir vəzifəsindən istefaya getməli olacaq. Artıq özünü itirmiş siyasi müxalifət, xüsusən parlamentdəki müxalif partiyaların önündə gedən Serj Sarkisyanın Respublikaçılar Partiyası artıq siyasi prosesə qayıdır. Sarkisyan partiyasının iclasını keçirdi və orada müəyyən təlimatlar oldu. Bu təlimatalara uyğun parlamentdə müəyyən hərəkətlər müşahidə edilir. Həmçinin Paşinyanın çağırışı ilə on minlərlə adam parlamenti mühasirəyə aldı. Parlament "Növbədənkənar parlament seçkiləri haqqında" qanunu da qəbul etmək istəmirdi. Onlar seçkilərin vaxtında - 2022-ci ildə keçirilməsini istəyirdilər. Hətta Paşinyana müəyən qədər loyallıq göstərən partiyalar da bu dəyişikliyi qəbul etmək istəmirdi. Çünki parlament seçkiləri bu il keçirilib və bilirlər ki, təkrar seçki ilə onlar da yerlərindən məhrum olacaqlar”.
Politoloq bildirib ki, Paşinyan Ermənistandakı siyasi dəyişiklərin başlanğıcını bu seçkilərlə əlaqələndirir və o, bu fikrində haqlıdır:
“Paşinyan hakimiyyətə çevriliş yolu ilə gəlməkdə ittiham edilir, onun fəaliyyətinin qeyri-legitim olması barədə yazılan yazılarla hazırkı hakimiyyəti gözdən salmağa çalışırlar. Paşinyan həm özünün gələcək siyasi taleyi, həm də bu ittihamlardan qurtulmaq üçün növbədənkənar parlament seçkiləri keçirməlidir. Bu seçkilər baş tutumasa parlamentdə səs çoxluğuna malik olan siyasi müxalifət istənilən vaxt Paşinyanı hakimiyyədən devirə, seçki ilə bağlı istədiyi addımı ata bilər. Paşinyan hazırda havadan asılı vəziyyətdədir. Onun nə parlamentdə, nə də digər hakimiyyət strukturunda dayağı var. Yalnız bu seçkilər ölkədəki siyasi vəziyyəti köklü surətdə dəyişib, Paşinyanın hakimiyyətini legitimləşdirə bilər. Bu səbəbdən həm siyasi müxalifət, həm də Paşinyan növbədənkənar seçkilərə önəm verir”.



Paşinyan müxalifət liderinə ZƏNG ETDİ
Paşinyan Sarksiyanın "başını necə yedi"?
Paşinyan istefa verəcəyi TARİXİ AÇIQLADI
Paşinyan bəyan etdi: İstefa verəcəm!
Onlar revanşa hazırlaşır – Nikol elan etdi
SON DƏQİQƏ: Paşinyan İSTEFA VERDİ
Gürcüstanda sabah seçkilər olacaq
SON DƏQİQƏ: Paşinyan 2 saat sonra İSTEFA VERƏCƏK
Paşinyan Qarabağın işğalından əl çəkir?
Paşinyan QƏRAR VERDİ: Ermənistanda növbədənkənar seçkilər keçiriləcək
Serj Sarkisyan niyə istefa verib?-AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 