Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk Cenevrə hava limanında saxlanılıb.
ONN media xəbər verir ki, bu barədə “Feysbuk” səhifəsində A.Yatsenyukun mətbuat katibi Olqa Lappo bildirib.
“Rusiyalı müstəntiqlərin ittihamları cəfəngiyat olsa da, onlar real fəsadlar törədiblər. A.Yatsenyuk Çeçenistanda döyüş əməliyyatlarında iştirak etməkdə ittiham olunur”, - deyə Lappo bildirib.
Cenevrəyə kiçik qızı ilə səfər edən Arseni Yatsenyuk aeroportda pasport yoxlanışı zamanı Rusiyanın sorğusu əsasında saxlanılıb.
Olqa Lapponun sözlərinə görə, A.Yatsenyuk saxlanıldıqdan sonra sərbəst buraxılıb. Ona ölkəni tərk edən zaman təkrar saxlanılacağı ilə bağlı xəbərdarlıq edilib.
2017-ci ilin martında Moskva Arseni Yatsenyukun həbsinə dair məhkəmə qərarını Kiyevə təqdim edib. Rusiya İstintaq Komitəsi onun 1994-95-ci illərdə Çeçenistanda döyüş əməliyyatlarında iştirak etməkdə ittiham edir. A.Yatsenyuk isə ittihamları rədd edərək, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini bildirib. (apa)



Sabiq nazir Kiyevdə saxlanıldı
Sabiq prezident həbs olunacağından narahatdır
Bu gün hadisə törədənlər ölkədən qaçarkən saxlanıldı
UFC çempionu həbs edildi
Tramp Klintonu ittiham etdi
Məhkəmə sabiq deputatla bağlı qərar verdi
Cumayev və Cahangirova 6 ay cəza istənildi
Koçaryan həbsdə qaldı - Apelyasiya məhkəməsi qərar verdi
Nazir korrupsiyaya görə HƏBS EDİLDİ
Ukraynada bir neçə yerdə atəş səsləri... - Müharibə başladı?
Ermənistanda sabiq nazir tutuldu
Sarkisyan Ermənistanı tərk etdi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 