"Azərbaycan müsəlman ölkələri üçün gözəl nümunədir".
ONN media Report-a istinadla xəbər verir ki, bunu Fransa Təhsil Nazirliyinin müşaviri, Mesopotamiya Assosiasiyasının prezidenti, akademik Alən Soyer bildirib.
Onun sözlərinə görə, XX əsrdə ölkələrin əksəriyyəti dünyəviləşdi, din dövlətdən ayrıldı: "Lakin proses bütün ölkələrdə eyni şəkildə həyata keçmədi. Bəzi müsəlman ölkələrində radikal qruplaşmaların meydana gəlməsinə və fəaliyyətinə səbəb olan əsas amil cəmiyyətdə din və dövlət arasında balanslı münasibətlərin qurula bilməməsidir. Bu da XX əsrdə bir sıra müsəlman dövlətlərinin yaşadıqları böhranın əsas səbəbidir".
Akademik deyib ki, Azərbaycan uzun illər SSRİ-nin tərkibində olub: "Sovet dönəmində də dinlər tamamilə qadağan edilmişdi. Ancaq unutmayaq ki, İran, İraq, Pakistan, Türkiyə və digər müsəlman ölkələrdə olduğu kimi, Azərbaycanda da min illərdir dinin özünəməxsus yeri olub. Bu gün bir sıra müsəlman ölkələrində nə din dövlət üzərində dominantlıq edir, nə də dövlət dini aradan qaldırmağa çalışır. Bu nadir ölkələr arasında Türkiyə və Azərbaycan da yer alıb. Azərbaycanda dövlət-din münasibətləri yaxşı prinsip əsasında qurulub, yüksək səviyyədə tənzimlənir, həll olunur. Bunun üçün nə Türkiyədə, nə də Azərbaycanda müharibələr, inqilablar baş verməyib. Buna yalnız sülh yolu ilə nail olunub. Azərbaycan müsəlman ölkələri üçün gözəl nümunədir. Türkiyənin və Azərbaycanın bugünkü inkişafı uğurlu siyasətin nəticəsidir. Bu gün Türkiyə beynəlxalq aləmdə sözünü deyə bilən, inkişaf edən ölkəyə çevrilib".
Müşavir qeyd edib ki, Tunisdə ultradünyəviliyin yaradılması bu ölkədə “Ərəb baharı"nın baş verməsinə səbəb olub: "Lakin xalq öz kökünə qayıtmaq istəyirdi. Tunisdən fərqli olaraq Mərakeşdə isə sultan dinə böyük hörmətlə yanaşırdı və bununla da ölkədə inqilabın baş verməsi üçün heç bir münbit şərait yaranmadı. Böyük Britaniya öz adət-ənənəsinə sadiq bir ölkədir. İngiltərə kraliçası öz vəzifələrini yerinə yetirməklə yanaşı, eyni zamanda kilsə üçün də məsuliyyət daşıyır. Uzun əsrlərdən bəri bu formada fəaliyyət göstərmiş cəmiyyəti yaşatmaları düzgün seçim idi. İdmançı irəliyə top atmaq üçün var gücünü toplayıb, geri çəkilib zərbəsini irəli atdığı kimi, biz də gələcəyə doğru irəliləmək üçün geriyə, öz kökümüzə, dinimizə qayıtmalıyıq. Bu gün radikal qruplaşmalar üzərində yalnız bu yolla qələbə qazanmaq mümkündür. Suriya, İraq və digər böhran yaşayan müsəlman ölkələri yalnız bu zaman sabitliyə nail olacaqlar".



Bu ölkələrin etdiyi hərəkət satqınlıqdır- İlham Əliyev
Şeyx müsəlmanları Qarabağ məsələsində birliyə çağırdı
Depardye Makrona etiraz etdi: Müsəlmanlar nə edib ki?
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğulduğu gündür
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür
6 mart Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür
Hande Erçel "2024-cü ilin ən gözəl müsəlman qadını" oldu
Fransadan ŞOK Türkiyə və Pakistan AÇIQLAMASI
Şərəfli ömr sürmüş Həsən bəy Zərdabi
Əfqanıstanda baş verənlər bölgəyə və müsəlman ölkələrinə necə təsir edəcək?
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 