Əfqanıstanda baş verən son hadisələr bütövlükdə bölgəyə və bir sıra müsəlman ölkələrindəki ictimai-siyasi duruma təsirsiz ötüşməyəcək.
Bunu millət vəkili Ceyhun Məmmədov qeyd edib.
O bildirib ki, Əfqanıstanda baş verənlər digər müsəlman ölkələri üçün ciddi mesajlar ötürür: "Bu gün elə müsəlman ölkələri var ki, müstəqillik tarixinin 50, 100 və daha çox olmasına baxmayaraq hələ də nə dövlət, nə də ordu qura biliblər. Azərbaycan 30 ildə böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusu sırasındadır. Azərbaycan ordusu işğal altında olan torpaqlarını düşməndən azad edib. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil və güclü dövləti var. Bu müstəqilliyin qiymətini bilməli, onu göz bəbəyimiz kimi qorumalıyıq. Müstəqil dövlət qurmaq hər millətə, xalqa nəsib olmur. Bu gün dünyada 3-4 min arası xalq var. Onlardan yalnız təxminən 200-ü dövlət qura bilib. Ötən əsrin əvvəllərində Şərqdə ilk xalq cümhuriyyətini qurduq. Ancaq bu cümhuriyyətin ömrü çox olmadı. Səbəblər isə müxtəlif idi. XX əsrin sonunda Tanrı bizə yenidən müstəqil dövlət qurmağı nəsib etdi. Müstəqilliyə yeni qədəm qoyan ölkə bu dəfə Ermənistanın işğalı ilə üz-üzə qaldı. Ölkə vətəndaş müharibəsinə sürükləndi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə ictimai-siyasi sabitlik təmin olundu.
Heç şübhəsiz ki, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində və güclənməsində Ümummilli Lider Heydər Əliyevin rolu danılmazdır. Heydər Əliyev Azərbaycan xalqını bir çox bəla və müsibətlərdən xilas etdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Mükəmməl cəmiyyətlər yoxdur. Hər bir cəmiyyət, dövlət təkmilləşərək daha da güclənir və böyük inkişaf yolu keçir. Son illər Azərbaycan da müxtəlif sahələrdə böyük inkişaf yolu keçib, müstəqilliyini daha da möhkəmləndirməyə müvəffəq olub.
Hazırda bölgədə də çox ciddi proseslər gedir. Proseslərin bir açıq görsənən bir də görsənməyən tərəfləri var. Bu gün hər birimiz dövlətimizin ətrafında sıx birləşməliyik. İndi hakimiyyət davası etməyin, şəxsi ambisiyalarla yaşamağın zamanı deyil.
Azərbaycan tarixdə heç zaman bu qədər müstəqil və güclü olmayıb. Qarşıda duran əsas vəzifə bu müstəqilliyi və qələbəni qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürməkdir".



Ölkəmizin Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günü
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalə “The London Post” qəzetində
İlham Əliyev: Bu, tarixi hadisə idi, çünki ilk dəfə...
Fransa Təhsil Nazirliyinin müşaviri: "Azərbaycan gözəl nümunədir"
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir
102 yaşlı müstəqilliyimiz!
Baş Nazir: “Əsrin müqaviləsi”dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
Bu ölkələrin etdiyi hərəkət satqınlıqdır- İlham Əliyev
Elman Məmmədov: "Ermənistanın axırı yaxşı olmayacaq"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 