Litvanın paytaxtı Vilnüs şəhərində Qara Qarayevin anadan olmasının yüz illiyinə həsr edilmiş konsert proqramı təşkil olunub.
ONN media-nın APA-ya istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev dünya şöhrətli Azərbaycan bəstəkarının yubileyinin dünyanın bir çox ölkələrində olduğu kimi, Litvada da qeyd edildiyini bildirib, ölməz bəstəkarın həyat və yaradıcılığı haqqında danışıb.
Litva Musiqi və İncəsənət Akademiyasının dosenti Yudita Leitaite və Balys Dvarionas Musiqi Məktəbinin direktoru Laimute Ujkuraitienenin dəstəyi ilə təşkil olunan konsert proqramında Q. Qarayevin əsərləri ilə yanaşı, Azərbaycan musiqi və mahnı nümunələri də səslənib. Dahi bəstəkarın “Altı pyes” silsiləsindən “Kiçik hekayə”, “Usandırıcı fikir”, “Dağlarda”, “Unundulmuş vals” həmçinin “Kiçik vals”, “Pavana” əsərləri, skripka və fortepiano üçün sonatina, süita və kantatalarından nümunələr Yuriyus Suxanovas (fortepiano) Yoris Yuşka (skripka), Fatima Sapranaviciute (skripka), Ulyana Cvirkaite (fortepiano), Kamilla və Elqar Musayevlər (fortepiano), Birute Aseviçiute (fortepiano), Paulina Daukşite (skripka) tərəfindən məharətlə ifa edilib.
Konsertin aparıcısı Litvanın tanınmış müğənnisi Yudita Leitatite ustalıqla Azərbaycan və Litva mahnılarını səsləndirib.
Q. Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin Litvanın digər şəhərlərində də keçirilməsi nəzərdə tutulur.



Astanada Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
Dahi bəstəkarın doğum günündə məzarı ziyarət olunub
Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək
Qara Qarayevin 100 illiyi Moskvada qeyd olunub
Bakı Musiqi Akademiyasında “Gələcəyə inam” müasir musiqi layihəsi üzrə konsert keçirilib
Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert təşkil olunacaq
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirildi
Qara Qarayevin ev-muzeyinin açılış mərasimi keçirildi
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Metroda Novruz şənliyi keçirildi
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qara Qarayevin kino musiqisi” kitabı işıq üzü görüb
Ümummili liderin 97-ci ildönümünə həsr olunmuş onlayn konsert - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 