Bazar günü Almaniyanın Hessen federal əyalətində keçirilmiş parlament seçkilərində ölkədə hakim koalisiyanın üzvü olan iki partiya – kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokratlar İttifaqı (XDİ) və Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) böyük itkiyə məruz qalması Merkelin sürpriz qərarı ilə nəticələnib.
ONN media xarici mediaya istinadən xəbər verir ki, kansler XDİ-də toplantı keçirərək dekabrda baş tutacaq qurultayda partiya rəhbərliyinə namizəd olmayacağını açıqlayıb.
Qeyd edək ki, Merkel 18 ildir XDİ-nin lideri idi.
Xristian demokratlar parlament seçkilərindən sonra Hessen federal əyalətində də böyük miqdarda səs itirib.
“Exit-polların nəticələrinə görə, XDİ 28 faiz, ASDP isə 20 faiz seçici səsi toplayacaq. Müqayisə üçün bildirək ki, 5 il bundan əvvəl Hessendə keçirilmiş seçkilərdə bu iki partiya müvafiq surətdə 38,3 faiz və 30,7 faiz səs toplamışdı. Sosioloqlar bu qədər ciddi itkiləri ilk növbədə onunla izah edirlər ki, seçicilər Berlində lap yaxın vaxtlarda - 2018-ci ilin mart ayında formalaşmış hakim koalisiyanın işindən narazıdırlar.
İki həftə bundan əvvəl Bavariyada keçirilmiş seçkilərdə də seçicilərin motivləri eyni olub. Burada çox nadir hallarda rast gələn bir vəziyyət yaranıb: mühafizəkar blokda XDİ-nin tərəfdaşı olan Xristian Sosialistlər İttifaqı (XSİ) mütləq çoxluqdan məhrum olub, sosial-demokratlar isə heç 10 faiz də səs toplamayıblar.
Beləliklə, son iki həftədə Almaniyada hakim partiyalardan ikisi böyük məğlubiyyətə uğrayıb.



Almaniyada Merkel dönəmi bitdi: Nəticələr açıqlandı
Ərdoğanla olacaq bu görüş niyə təxirə salındı?
Parlament seçkilərinin rəsmi nəticələri açıqlandı - Avstriyada
Merkel “Facebook” səhifəsini bağlayır
Merkel təqaüdünün ilk gününü belə keçirdi (FOTO)
Merkel siyasətdən gedəcək?
Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri AÇIQLANDI
Almaniyanın ilk kansleri kim olacaq?
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
Almaniyada karantin rejimi aradan qaldırılır
Merkeldən sərt reaksiya: “İslam Almaniyaya aiddir”
Merkel koronavirus şübhəsi ilə karantinə alındı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 