Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti (AzərRos FMMM) 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyini dəstəkləyəcək.
ONN media xəbər verir ki, Qurumun Federal Şurasının iclasında bununla bağlı qərargahın yaradılması haqqında qərar qəbul olunub.
"Qərargah yaratmaqla "AzərRos FMMM" prezidentliyə namizəd Vladimir Putini tam dəstəkləməyə hazır olduğunu göstərir, çünki rusiyalıların dövlət başçısının ölkənin sabit inkişafına, beynəlxalq arenada onun maraqlarının qorunmasına, çoxmillətli Rusiyada sülh və barışığın qorunmasına yönəldilmiş kursuna olan geniş dəstəyini görürük. Rusiyanı doğma evinə çevirən bütün azərbaycanlıların prezidentliyə namizəd Vladimir Vladimiroviç Putinə dəstəyini açıq elan etmək imkanı var", - təşkilatın məlumatında deyilir.
Bildirilib ki, qərargahın tərkibində ictimaiyyət nümayəndələri, yaradıcı ziyalılar, alimlər, iş adamları olacaq.
FMMM Federal Şurası həmçinin azərbaycanlıların regional, yerli və ictimai birliklərinə müraciət edərək Vladimir Putinin namizədliyini dəstəkləməyə çağırıb.
Bundan əlavə, Rusiyanın müxtəlif bölgələrindəki Azərbaycan ictimai təşkilatlarının rəhbərləri yanvar-mart aylarında seçkilərdə Vladimir Putinin namizədliyinin dəstəklənməsi üçün tədbirlər və aksiyalar keçirmək niyyətindədir./Report/



Azərbaycanlı qadın Putinin səlahiyyətli nümayəndəsi oldu
Putin təsdiqlədi: Yenidən prezidentliyə namizəd olacaq
Dumadan Putinə ŞAD XƏBƏR
Prezident İlham Əliyev Vladimir Putini təbrik etdi
Putinin Baş nazir postuna yeni namizəd kimdir?
Araz Əlizadə də prezidentliyə namizədliyini irəli sürdü
Prezident seçkilərində 8 namizəd mübarizə aparacaq - SİYAHI
Jirinovski prezidentliyə namizədliyini irəli sürür – VİDEO
Baydenin namizədliyi rəsmən təsdiqləndi
Ərdoğana tarixi dəstək - MHP açıqladı
Prezidentliyə namizədlərin sayı 6-ya çatdı
Fuad Abbasovun atasından ŞOK AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 