"Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı məsələ ermənipərəstlərin hiyləsidir. Burada bəzi azərbaycanlıların da rolu var". ONN media xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov Bakıda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiyada bəzi Azərbaycan diaspor rəhbərləri Azərbaycan xalqı üçün müsbət addım atmayıb: "Fikir vardı ki, Rusiyada yaşayan azərbaycanlılara lider seçilsin. Burada namizədliyi təklif olunanlar arasında Fuad Abbasovun da adı vardı. Çünki Fuadın Rusiyada yaşayan azərbaycanlılar arasında hörməti böyükdür. Amma Fuad demişdi ki, Rusiya vətəndaşı deyil, ona görə də bu, mümkün olmaz. Buna baxmayaraq, bəzi diaspor liderləri Fuada qarşı təxribat hazırladılar, nəticə də belə oldu. Əminəm ki, bunu Fuada qarşı hazırlayanlar Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov və Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqovadır". M.Abbasov qeyd edib ki, həm ölkə daxilində, həm də xaricində azərbaycanlıların təhlükəsizliyinin qarantı Azərbaycan hökumətidir: "Azərbaycan hökumətinə müraciət edirəm, Fuad Abbasovu müdafiə etsinlər! Bu müdafiə dövlət tərəfindən olmalıdır. Fuad Abbasov ya sərbəst buraxılmalı, ya da Azərbaycana göndərilməlidir. Ehtimal edirik ki, o, şərlənə bilər. Buna görə də məsələ tezliklə həll edilməlidir". F.Abbasovun atası Azərbaycan Milli Məclisinin deputatı Araz Əlizadəyə də cavab verib: "Araz Əlizadə Azərbaycan üçün nə edib ki? Fuad Abbasov Rusiyada azərbaycanlıların maraqlarını qoruyurdu". Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximski şəhər məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Moskva vilayət məhkəməsi də F.Abbasovun apellyasiya şikayətini təmin etməyib. O, buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Report
Fuad Abbasovun atasından ŞOK AÇIQLAMA



Fuad Abbasovun Rusiyada saxlanılma görüntüləri – VİDEO
Fuad Abbasova daha bir zərbə
Fuad Abbasovla bağlı xəbər var
Fuad Abbasov bu gün Rusiyadan deportasiya edilir
Fuad Abbasov bu gün Bakıya göndəriləcək
Fuad Abbasovla bağlı yeni xəbər
Fuad Abbasov sabah Azərbaycana deportasiya edilə bilər
Fuad Abbasov Avropa Məhkəməsinə müraciət edəcək
SON DƏQİQƏ: Bakıda Rusiya səfirliyi qarşısında Fuad Abbasovla bağlı aksiya - FOTOLAR
Fuad Abbasovla bağlı YENİ XƏBƏR VAR
SON DƏQİQƏ: Fuad Abbasov Azərbaycana deportasiya edildi
Məhkəmə jurnalist Fuad Abbasov barəsində QƏRAR VERDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 