ONN media xəbər verir ki, ABŞ-ın bu şəhərində 28 may "Azərbaycan Milli Günü" elan edilib.
ABŞ-ın Nyu-Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may 2018-ci il tarixini "Azərbaycan Milli Günü" elan edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bununla bağlı şəhər meri Alan Veber (Alan M.Webber) müvafiq bəyannamə imzalayıb.
Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunub.
Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Bundan başqa, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.
Sənəddə həmçinin qeyd olunub ki, Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan Nyu-Meksiko ştatı ilə son illərdə güclü əlaqələr qurub.
Bəyannamənin sonunda vurğulanıb ki, 28 may tarixi Santa Fe şəhərində "Azərbaycan Milli Günü" elan edilib.



ABŞ küçələri Azərbaycanın Dövlət Bayrağı ilə bəzədildi
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan etdi
ABŞ-dan Azərbaycana jest
ABŞ-da diqqət Azərbaycanda
ABŞ-da Azərbaycanla bağlı bəyannamə qəbul edildi
Kaliforniyadan Azərbaycana JEST
ABŞ-dan Azərbaycanla bağlı daha bir qərar
ABŞ-da Azərbaycan Milli Günü elan olundu
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalanıb
Bu gün Azərbaycanda Müstəqillik Günü
Ölkəmizin Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 