Rusiya-Ermənistan münasibətləri KTMT baş katibinin seçiminə də təsir edir.
ONN media Oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri İsrailin "Iland.TV" kanalında çıxışı zamanı rusiyalı politoloq Qriqoriy Trofimçuk deyib.
Onun sözlərinə görə, Moskva və Yerevan arasında həll edilməmiş məsələlər var.
"Xüsusən də, bu, Ermənistan ərazisindəki ABŞ bioloji laboratoriyası ilə bağlıdır. Guya Nikol Paşinyan rusiyalı mütəxəssislərin və jurnalistlərin oraya girişinə icazə verib, ancaq məsələ hələ də gərgin olaraq qalır.
Ermənistanda gözlənilən parlament seçkiləri, sözsüz ki, bu problemi ağırlaşdıracaq, çünki ölkədəki xaos daha da genişlənəcək. Ermənistanda yeni hökumət tərəfindən azadlığa buraxılan "Sasna tsrer" silahlıları da deputat seçilə bilər", - ekspert canlı yayımda bildirib.
O qeyd edib ki, bütün bu faktorlar birbaşa olaraq, KTMT baş katibi postuna seçkilərin ləngiməsinə səbəb olacaq.
"Paşinyan seçkilərədək kəskin hərəkətlər etməyəcək. Bu gün onsuz da Ermənistandakı vəziyyət sakit deyil", - Trofimçuk əlavə edib.
Belarusun hansı səbəblərdən KTMT baş katibliyi postunu qorumaq istəməsi ilə bağlı suala rusiyalı politoloq cavab verib ki, Minsk hər zaman konkretliyə nail olmağa çalışır.
"Bu, təkcə KTMT-də deyil, digər məsələlərdə də belədir. Belarus başa düşür ki, bu hərbi-siyasi təşkilatın baş katibinin seçkilərinin ləngidilməsi yolverilməzdir. Və ümumiyyətlə, Aleksandr Lukaşenko bu gün Ermənistanda baş verən hadisələrə birbaşa reaksiya verir. Belarus prezidenti görür ki, vəziyyət normal deyil", - rusiyalı ekspert qeyd edib.



"İrəvan Moskvadan imtina etsə..."- Duqin
Paşinyanın Putinlə görüşü: Yeni hərbi bazalar yaradılır?
Paşinyan: KTMT missiyasını qəbul etməyə hazırıq
KTMT-nin zirvə görüşündə Nikola böyük zərbə
Rusiya merindən ŞOK: Ermənistanı çıxarıb rədd edək
ABŞ-ın torpaqlarımızda QORXUNC PLANI
Paşinyanın oğlunu ön cəbhəyə göndərməyinin SİRRİ
" Əgər bu olmasa Paşinyan bacarmayacaq"- Politoloq
Paşinyan KTMT-ni sərhədə niyə “çağırmadığını” açıqladı
Paşinyanın hakimiyyətdən getməmək üçün YENİ PLANI NƏDİR?
“Paşinyandan sonrakı Ermənistan başçısı…” – Qərbin SENSASİON PLANI
Paşinyan Sarksiyanın "başını necə yedi"?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 