Ermənistanda seçkiöncəsi siyasi etirazlar qızışır və əsas diqqətçəkən məqam Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin qarşıdurmasıdır.
ONN media Publika-ya istinadla xəbər verir ki, Paşinyanın lideri olan “Vətəndaş sazişi” partiyasının idarə heyətinin sədri Sasun Mikaelyan “aprel inqilabının Qarabağ müharibəsindən daha üstün olduğunu” bəyan etdi.
Bundan sonra ciddi qarşıdurma başlandı. Ardınca Paşinyan ondan fərqli olaraq Qarabağdakı separatçı məmurların övladlarını hərbi xidmətə göndərmədiklərini bildirdi. Separatçılar baş nazir vəzifəsini icra edən Nikolun yalan danışdığını dedilər. Hazırda Ermənistanda qızğın mübahisələr gedir.
Paşinyanın Qarabağdakı separatçı Saakyan rejimi ilə zidd düşməsi təəccüblü deyil. Çünki Saakyan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın adamıdır. Lakin Paşinyan baş nazir seçiləndən sonra ilk səfərini Qarabağa etdi və burada separatçı rejimə açıq dəstək verdi. Dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsində isə vəziyyət dəyişib və Paşinyanla Saakyanın mübarizə açıq müstəviyə keçib.
Rusiyalı ekspert Aleksey Fenenko hesab edir ki, Paşinyanın Saakyana müharibə elan etməsinin səbəbi separatçılardan öz hakimiyyətinə dəstək ala bilməməsidir.
“Paşinyan “Qarabağ klanı”nın dəstəyinə çox bel bağlayırdı. Buna görə də baş nazir seçilən kimi Qarabağa getdi və orada Azərbaycana qarşı bəyanatlar verdi. Lakin sonrakı proseslərdə Paşinyanın “Qarabağ klanı”na bağladığı ümidlər özünü doğrultmadı. Qarabağdakı separatçı rejim keçmiş iqtidarı – Respublika Partiyasını dəstəkləyir. Paşinyanın separatçı rejiminin ünvanına sərt bəyanatları da buradan qaynaqlanır. Qarabağ Ermənistan üçün ən vacib siyasi amillərdən biridir, lakin Paşinyan “Qarabağ klanı”nın dəstəyini ala bilmədiyi üçün özünü başqa cür aparacaq”, - deyə o bildirib.
Müstəqil ekspert Dmitri Verxoturov isə fərqli düşünür.
Onun fikrincə, Paşinyan “Qarabağ klanı”na müharibə elan etməyəcəyi təqdirdə siyasətdə sağ qalmayacağını anlayır.
“Əgər o, bu klanla müharibə etməsə, klan onu yeyəcək. Əslində Paşinyan Qarabağ məsələsini lazımsız hesab edir və bundan xilas olmaq istəyir. Lakin bu məsələdə “Qarabağ klanı” onun qarşısında maneədir. Əgər Paşinyan bu klanı siyasətdən çıxara biləcəksə, onda o, kresloda oturmağa davam edəcək. Və böyük ehtimalla münaqişənin həlli üçün Azərbaycanla lazım olan müqaviləni bağlayacaq. Bu, ərazilərin Azərbaycana qaytarılması deməkdir. Faktiki olaraq, Paşinyanın addımları onun Qarabağı qaytarmaq istədiyini göstərir”, - deyə müstəqil ekspert vurğulayıb.



Paşinyan baş nazir təyin edildi
Koçaryana görə İrəvan QARIŞDI- Nə baş verir?
Paşinyanın Xankəndiyə zəngi nəyi dəyişdi?
Paşinyanın növbəti həyasızlığı
Koçaryan siyasətə qayıdır – Baş nazir olmaq İSTƏYİR
Paşinyanın oğlunu ön cəbhəyə göndərməyinin SİRRİ
Ermənilər Xankəndidəki separatçıların “əski parçasını” təhqir etdi
Paşinyan oğlunu Qarabağa hərbi xidmətə göndərməyib?
Saakyan dərhal İrəvana getdi- Torpaqlar Azərbaycana verilir?
Paşinyan-Putin görüşü: Qarabağla bağlı hansı qərar ola bilər?
Paşinyandan Qarbağla bağlı ŞOK ADDIM
Nikol Qarabağ danışıqlarının üstündən yenə xətt çəkdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 