Ermənistanda keçmiş prezident Robert Koçaryanın həbsi Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma rejimlə İrəvanın hərbi-siyasi rəhbərliyi arasında qarşıdurmaya səbəb olub.
ONN media xəbər verir ki, separatçı rejimin “parlamentinin” 40-a yaxın “deputatı” Ermənistanın baş prokuroruna Koçaryanın Qarabağın işğalında göstərdiyi xidmətlərə görə bağışlanması xahişini ediblər. Lakin bu xahiş İrəvanın siyasi rəhbərliyində qəzəblə qarşılanıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, İrəvan Qarabağdakı “deputatların” xahişini qəbul etməyəcək: “Ümumiyyətlə, Qarabağ hakimiyyəti (separatçı rejim) bir şəxsə görə ciddiliyini sual altına qoymamalı idi. Lakin onlar buna getdilər. Bu, İrəvanla Qarabağdakı rejimin qarşıdurmasına gətirib çıxara və daha pis nəticələr doğura bilər. “Qarabağ parlamenti” faktiki olaraq Ermənistanda əksinqilabi qüvvələrlə birgə hərəkət edir və İrəvanın siyasi qərarlarına müdaxilə edir. Halbuki, bu müdaxilə Qarabağla İrəvan arasında ciddi çatlar yarada bilər”.
Erməni şərhçi Koçaryanın həbsindən sonra yaranmış siyasi qarşıdurmanın daha bir detalını açıqlayıb.
“İndiyə qədər Qarabağ və Ermənistan sıx şəkildə birlik təşkil edirdi. Lakin Koçaryanın həbsinə münasibətdə ciddi böhran yarandı və birlik təhlükə altına düşdü. Çünki Qarabağdakı rejim hələ də Koçaryanın təsiri altındadır, bu isə ciddi təhlükədən xəbər verir”, - deyə o bildirib.



Məhkəmə Robert Koçaryanı həbsi ilə bağlı QƏRAR VERDİ
Koçaryan siyasətə qayıdır – Baş nazir olmaq İSTƏYİR
Koçaryanın məhkəməsində dava düşdü
Qarabağla bağlı bütün sirr AÇIQLANDI
Putin Qarabağla bağlı bütün suallara nöqtə qoydu!
Gəncəliyev: "Ermənilər yeni hücumlara hazırlaşır"
Ermənistanda separatçı rejimin “müdafiə naziri”ni döydülər
Paşinyandan Qarbağla bağlı ŞOK ADDIM
Köçəryanın niyyəti ürəyində qaldı - Məhkəmə icazə vermədi
Ermənistanda çağırışçılar artıq Qarabağa göndərilmir
Erməni generalın ŞOK SATQINLIĞI ÜZƏ ÇIXDI
İrəvan YENİDƏN QARIŞDI: bu dəfə Koçaryanın oğlu... - YENİLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 