Fransada “Sarı jiletlilərin” bu gün (dekabrın 15) gözlənilən yeni kütləvi etiraz aksiyaları ilə əlaqədar bütün ölkə boyunca 69 minə yaxın polis əməkdaşı səfərbər olunub.
ONN media xəbər verir ki, bu haqda BFM Fransa DİN-ə istinadən məlumat yayıb.
Təkcə Parisdə asayışın qorunmasına 8 min polis əməkdaşı ayrılıb. Paytaxtda az qala addım başı zirehli polis texnikasına rast gəlmək olur. Telekanalın məlumatına əsasən, polis əməkdaşları artıq Triumfal qapıların qarşısında mövqe tutub.
Ötən şənbə Fransada təhlükəsizliyin təmin olunması məqsədilə 89 min polis əməkdaşı səfərbər olunmuşdu.
Qeyd edək ki, Fransada noyabrın 17-dən bəri “sarı jiletlilər” hərəkatının etiraz dalğası səngimək bilmir. Etirazçıları ayağa qaldıran hökumətin yanacaq qiymətlərini və vergiləri qaldırması, həmçinin ölkədə yaşanan bahalaşma (yaşayış xərclərinin artması) olub.
Fransa DİN-nin məlumatına əsasən noyabrın ortalarından bəri saxlanılan fəalların sayı 4500 nəfəri ötüb.



Sarı jiletlilər yenidən meydanda
Fransada "Sarı jiletlilər" etiraz aksiyaları keçirib
Etiraz aksiyaları zamanı 1550 nəfər saxlanılıb
Fransanın daha bir şəhəri ayağa qalxdı
Fransada GƏRGİNLİK ARTDI: Minlərlə insan küçələrdə…
“Sarı jiletlilər”dən növbəti hücum
Fransada vəziyyət GƏRGİNLƏŞİR: Paytaxta ordu yeridildi
Türkiyədən Fransa ilə bağlı XƏBƏRDARLIQ
Parisdə SON VƏZİYYƏT: zirehli maşınlar hazır vəziyyətə gətirilib
Parisdə "sarı jiletlilər"in aksiyası başladı
Parisdə polislə etirazçılar arasında toqquşmalar
Fransada silahlı hücum: ölən var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 