Son illərdə Ermənistan vətəndaşlığından imtina edənlərin sayı sürətlə artıb.
ONN media musavat.com-a istinadən bildirir ki, Ermənistan polisinin pasport-viza departamentinin mətbuat xidmətindən yerli mətbuata bildirilib ki, təkcə 2017-ci ildə 3823 erməni ölkə vətəndaşlığından imtina etdiyi barədə ərizə təqdim edib. Departament son illərin statistikasını da açıqlayıb. Belə ki, 2012-ci ildə 968, 2013-cü ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863 və 2017-ci ildə 3823 nəfər Ermənistan vətəndaşlığından imtina edib. Beləliklə, son 5 ildə 15 min erməni Ermənistan vətəndaşlığından imtina edərək, yaşamaq üçün ölkə xaricinə üz tutub. Erməni mediası xüsusi vurğulayıb ki, bu axın Serj Sərkisyanın başçılıq etdiyi hakim Respublikaçılar partiyasının rəhbərliyi dövründə baş verib. Polis vətəndaşlıqdan imtin edən ermənilərin əsasən hansı yaş kateqoriyasına aid olduğunu açıqlamayıb. Ancaq erməni ekspertlər ölkədən axın edənlərin böyük əksəriyyətinin gənclərdən ibarət olduğunu etiraf edir. Gənclər Azərbaycanın tarixi ərazisi olan Qarabağ torpaqlarında ölməmək üçün yeganə çıxış yolunu ölkədən qaçmaqda görürlər. Hətta Ermənistan ordusunun komplekstləşdirilməsində problem yaranması səbəbindən hakimiyyət tələbələrə hərbi xidmətdən möhlət hüququnu ləğv etdi.
Respublika partiyasının deputatı, keçmiş polis rəisi Alik Sərkisyan da mediaya açıqlamasında deyib ki, ölkədən axın məsələsi hazırda Ermənistanın bir saylı problemidir. Sərkisyan da etiraf edib ki, vətəndaşların əhəmiyyətli hissəsi erməni ordusunda xidmətdən imtina məqsədilə vətəndaşlıqdan imtina ediblər. "Bu, bizim ölkə üçün çox böyük rəqəmdir"-deyən sabiq polis rəisi əlavə edib ki, hər kəsin ölkəni tərk etmək üçün özünün əsasları var.
Yeri gəlmişkən, təkcə 2018-ci ilin ilk həftəsində Qarabağdakı erməni hərbçilərindən 2-si ölüb, 4-ü isə ağır yaralanıb. Onların hamısı Ermənistan vətəndaşı olan gənclərdir. Bu kimi faktlar isə ölkədən miqrasiyanı gücləndirir.



Azərbaycandakı narkomanların sayı AÇIQLANDI
Ölkədə boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK SAYI
Son 10 ildə ana ölümlərinin sayı açıqlanıb
Ermənilər Ermənistandan QAÇIR
16 ildə məzunların sayı nə qədər azalıb?
Ölkədə spirtli içkidən asılı olan insanların SAYI NƏQƏDƏRDİR?
Ermənilər hərbi xidmətə getməkdən niyə imtina edir?
Daha bir erməni İlham Əliyevə müraciət edib
Ərdoğan ən çox hansı ölkədə olub: 8 ildə 81 səfər
Ən yaxşı aktrisa o seçildi
Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ NƏDİR?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 