Yeni Zelandiyalı fotoqraf Amos Chapple dünyanın ən soyuq bölgəsinin şəkillərini çəkmək qərarına gəlib.
Rusiyanın şimal qütb ərazilərindən 350 kilometr cənubunda yerləşən Oymyakon kəndi dünyada yaşayış olan ən soyuq ərazi hesab olunur.
1926-ci ildə şimal yarımkürəsində ən aşağı temperatur -71,2 dərəcə məhz bu kənddə qeydə alınıb.
ONN media xəbər verir ki, kənddə heç bir tərəvəz, bitki məhsulları yoxdur. Marketlərdə yalnız balıq və ət məhsulları tapmaq olar. Temperaturun -48 dərəcəyə çatdığı kənddə donmuş balıqlar sıra ilə yan-yana düzülür. Günəş şüalarının çox çətinliklə qalın dumanla örtülmüş bulud təbəqəsini dələrək düşdüyü kənddə 500 nəfərə qədər əhali yaşayır.
Regionda avtomobillər yalnız qarajlarda işləyir. Qarajdan kənara çıxan vasitələr isə dayanmadan yollarına davam etmək məcburiyyətindədirlər. Çünki dayanan kimi donurlar. Onları yenidən işlək vəziyyətə qaytarmaq isə çox çətin məsələdir.
Rusiyanın şimal qütbünə ən yaxın kənd olan Oymyakon iqlimindən fərqli olaraq "Donmayan Su" mənasını verir. Deyilənə görə, 1930-cu illərə qədər maral sürüləri su ehtiyaclarını qarşılamaq üçün məhz bu kəndə enirlərmiş.
Ancaq Sovet hökuməti, ölkənin şimal-şərqində dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşən bu bölgədə insan yaşayışının olmasına qərar verir. Kənddə az çeşiddə məhsul satan yeganə mağaza fəaliyyət göstərir ki, kənd əhalisi yalnız buradan bazarlıq edir.
Bütün bunlara baxmayaraq, əhali səhiyyə problemləri ilə üzləşmir. Tədqiqatçıların sözlərinə görə, kəndlilərin heç bir sağlamlıq problemi ilə üzləşməməsinin səbəbi içdikləri maral südünün tərkibindəki faydalı maddələrlə əlaqəlidir.
Bu kənddə uşaqlar da artıq soyuq hava şəraitinə vərdiş ediblər. Havanın temperaturu -52 dərəcədən aşağı enəndə məktəblər bağlanır.
Oymyakon kənd əhalisinin ən sevdiyi məşğuliyyəti isə buz tutmuş göldə balıq ovlamaqdır.(Publika.az)



Temperatur normadan yüksəkdir - SOS
Azərbaycanda qəribə kənd: Burada heç kim maşın sürmür - VİDEO
İnsanlar kəndi tərk etdi - 20 il sonra geri qayıdanda GÖZLƏRİNƏ İNANMADILAR
Kürdəmirdə 46 nəfərin koronavirusa yoluxduğu kəndlə bağlı YENİ XƏBƏR
Ermənilərin Azərbaycanla bağlı ŞOK ETİRAFI
Kənddə dincəlmək istəyənlər üçün vacib xəbər
Temperatur 10 dərəcə enəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Qarabağdan çıxan ermənilər bura yerləşdirilir
Ucarda qeyri-adi məxluq varmı? - AÇIQLAMA
Umayra Tağıyevadan kəskin hava şəraiti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Hava kəskin dəyişəcək
Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 