Əsas məşğuliyyəti bağçılıq, əkinçilik və maldarlıq olan bu kənddə demək olar ki, hər təsərrüfatda bir motosiklet var. Onlar demək olar ki, bütün işlərini məhz bu nəqliyyat vasitəsi ilə həyata keçirirlər.
ONN media APA TV-yə istinadən xəbər verir ki, söhbət Zaqatalanın Danaçı kəndindən gedir.
Rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Danaçı kəndinin 9 min sakini var. Bu ucqar kənddə sakinlərin ən çox istifadə etdikləri nəqliyyat vasitəsi Rusiya istehsalı olan “İJ” markalı qoşqulu motosikletdir.
Kənd sakinləri ötən əsrin 80-ci illərindən başlayaraq təsərrüfat işlərini səmərəli görmək üçün at arabalarını qoşqulu motosikletlərlə əvəz etməyə başlayıblar. Hazırda kənddə iki mindən yuxarı motosiklet var.
Ərazi baxımından ən böyük kəndlərdən olan Danaçı kəndində sakinlər öz bağ və əkin sahələri ilə yanaşı, kənd daxili, bəzən də digər yaxın ərazilərə elə motosiklet və velosipedlə gedirlər.
Cümə gününə təsadüf edən çəkilişimiz zamanı da yüzlərlə sakinin məscidə motosiklet və velosipedlə gəldiyinin şahidi olduq.
Qeyd edək ki, normal motosikleti təqribən 1500-2 min manata almaq mümkündür.



Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub
Ermənilər Füzuli rayonunun kəndlərini atəşə tutdu
Ağsuda MÜƏMMA: Qaranlıq olan kimi evlər, tövlələr yanır - VİDEO
Bu kənddə doğulmaq və ölmək qadağandır
Azərbaycanda dəhşət: oynamaq davası toyu yasa çevirdi - TƏFƏRRÜAT
Qubada kəndə ayılar hücum edib, ev heyvanları tələf olub
Ucarda qeyri-adi məxluq varmı? - AÇIQLAMA
Prezident Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub
Minik maşını ilə motosiklet toqquşdu: 17 yaşlı gənc öldü
Azərbaycanda daha bir kənddə koronavirus aşkarlandı
Bu gündən əhalinin Ağalı kəndinə köçürülməsi başlanılır
Xırdalanda maşının altında qalan şəxs öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 