ONN İnformasiya Agentliyi

Bu ölkəyə yeni Baş Nazir təyin edildi

Bu ölkəyə yeni Baş Nazir təyin edildi
31 Avqust 2020 - 16:20

Livanın Almaniyadakı səfiri Mustafa Ədib ölkənin yeni Baş Naziri təyin olunub.

ONN media xəbər verir ki, bu barədə Livanın Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, Ədibə yeni bir hökumət qurmaq tapşırılıb. Onun namizədliyi Xristian Azad Vətənpərvərlər Hərəkatının parlamentdəki fraksiyası tərəfindən irəli sürülüb.

M.Ədib təyinatla bağlı çıxışında Nazirlər Kabinetinin qurulmalı və islahatlara başlanılmalı olduğunu bildirib. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu ilə müqavilə bağlamaq üçün bu islahatların həyata keçirilməsi tələb olunur.

Qeyd edək ki, Livanın keçmiş hökuməti bir neçə gün davam edən etirazlardan sonra 10 avqustda istefa vermişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png