ONN İnformasiya Agentliyi

Dünyanın ən yaşlısı 125 yaşını qeyd etdi

Dünyanın ən yaşlısı 125 yaşını qeyd etdi
22 Avqust 2019 - 19:29

121 yaşını qeyd edən və dünyanın ənyaşlı ev heyvanı statusunu alan Tommy adlı Herman cinsli tısbağa İngiltərədə 62 yaşlı sahibi Sheila Floris ilə birlikdə yaşayır

ONN media xarici mediaya istinadla bildirir ki, bu günə qədər 2 dünya müharibəsi, 6 Britaniya hökmdarı və 21 Amerika hökmdarı görən Tommynin bundan sonra 50 il yaşaması gözlənilir.

1898-ci ildə doğulduğu deyilən Tommyni Florisin nənəsi 1909-cu ildə 1 funda satın alıb. Floris Tommynin bu günə qədər heç baytara getmədiyini, yaşlı tısbağanın sağlamlığının təbii bitkilər ilə qidalanmasına və sevgi ilə böyüdülməsinə borclu olduğunu bildirib.

Floris 5 yaşından Tommy ilə birlikdə yaşadığını da deyib.

İlk tanışdıqlarında oğlan olduğunu düşündükləri üçün Tommy adı verilən tısbağanın sonradan dişi olduğu ortaya çıxıb.

Bundan başqa 6 ayını qış yuxusunda keçirən tısbağa hər il sahibinin doğum günündə, 1 apreldə oyanır.(metbuat.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png