ONN İnformasiya Agentliyi

Mayk Pens rəsmən namizəd oldu

Mayk Pens rəsmən namizəd oldu
28 Avqust 2020 - 1:53

Mayk Pens noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd kimi iştirakına rəsmi şəkildə razılıq verib.

ONN media verir ki, bu barədə Mayk Pens Merilənd ştatının Baltimor şəhərində çıxışında deyib.

“Prezident Trampın mənə göstərdiyi etimada minnətdarlıq hissi, Respublikaçılar Partiyasının dəstəyi və Tanrının lütfü ilə ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyimi irəli sürməyiniz barədə qərarınızı təvazökarlıqla qəbul edirəm”, – deyə o bildirib.

Mayk Pens ölkəsinin hazırda sınaqlardan keçdiyini qeyd edib.

“2020-ci ildə amerikalılar çox sınaqdan keçdilər. Ancaq xoşbəxtlikdən çətin zamanlarda bizə dəstək olmaq əzmində olan enerjili, qərarlı Prezidentimiz var”, – deyə Maykl Pens əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png