ONN İnformasiya Agentliyi

Poroşenkonun impiçmenti – 100 mindən çox səs toplandı

Poroşenkonun impiçmenti – 100 mindən çox səs toplandı
04 Dekabr 2017 - 22:20

Ukrayna prezidenti Pyotr Poroşenkonun impiçmenti üçün Change.org portalında yerləşdirilən müraciəti 100 mindən çox insan dəstəkləyib.

ONN media xəbər verir ki, Ukrayna blogerləri və jurnalistlərin təşəbbüskarı olduğu müraciət Ali Radanın deputatları, həmçinin beynəlxalq partnyorlara, xüsusi halda ABŞ Dövlət Administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerə ünvanlanıb.

Müraciətdə qeyd edilir ki, Poroşenkonun siyasəti söz azadlığı sahəsində vəziyyətin pisləşməsinə və müxalifət KİV-inə təzyiqlərə gətirib çıxarıb.

“Bizim fikrimizcə, yuxarıda göstərilən informasiya prezident Poroşenkonun impiçmenti prosedurunun işə salınması üçün kifayət edir”, – müraciətdə deyilir.(Publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png