ONN İnformasiya Agentliyi

Rusiya və Ukrayna arasında müharibə olmayacaq- ŞOK SƏBƏB

Rusiya və Ukrayna arasında müharibə olmayacaq- ŞOK SƏBƏB
27 Noyabr 2018 - 12:21

“Rusiya və Ukrayna arasında müharibə olacaqmı? İndi dünyanın bütün KİV-i qarşısına belə bir sual qoyur. Mənim cavabım budur: Xeyr, olmayacaq. Məsələ ondadır ki, belə səviyyəli qərarları Poroşenko yox, amerikalı kuratorları qəbul edirlər”.

ONN media Publika-ya istinadla xəbər verir ki, bu haqda Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markov Kerç boğazı ətrafında baş verən son hadisələri şərh edərkən deyib.

“Məsələ ondadır ki, bu səviyyədə bütün qərarlar əlbəttə, Poroşenko deyil, onun amerikalı kuratorları tərəfindən qəbul edilir. Və onlar indi Ukraynanın Rusiya ilə genişmiqyaslı hərbi münaqişəsindən qorxurlar, buna səbəb Ukrayna ordusunun 2014-cü ildə olduğu kimi, Rusiya tərəfinə keçmə ehtimalıdır. Və ya heç nə etməyəcək. Rusiya ordusunun aktiv hərəkətlərinin başlamasından sonra 2008-ci ildə Gürcüstanda olduğu kimi”, – politoloq bildirib.

Onun sözlərinə görə, buna görə də “US Deep State” (ABŞ-ın dərin dövləti –red.) Kiyevdəki rusofob rejimi zərbə altında olmayacaq:

“Onlar tərəfindən Rusiya ilə müharibə təxminən 2022-ci və ya 2023-cü ildə planlaşdırılır. Bu vaxtadək Ukrayna ordusunun konvensial silahlar sahəsində və mənəvi ruh nöqteyi-nəzərindən, yəni, Rusiyaya nifrətlə tərbiyəsi məsələsində daha güclü hala gətirilməsi planlaşdırılır. Bu gələcək müharibənin hədəfi elə bir qardaş sallaqxanası yaratmaqdır ki, Putin və ya onun komandası öz hakimiyyətini 2024-cü ildən sonraya uzada bilməsinlər. Rusiya bu planı ləğv etməlidir”, – deyə o bildirib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png