ONN İnformasiya Agentliyi

Tramp seçkidən öncə Putinlə görüşəcək

Tramp seçkidən öncə Putinlə görüşəcək
16 Avqust 2020 - 22:07

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətindədir.

ONN media xəbər verir ki, NBC telekanalının məlumatına görə, Tramp niyyətinin noyabrda baş tutacaq seçkilərdən əvvəl reallaşmasını istəyir.

Məlumata görə, prezidentlərin strateji hücum silahlarının gələcəkdə də azaldılması və məhdudlaşdırılması ilə bağlı tədbirlər haqqında müqaviləyə dair bəyanat verəcəyi gözlənilir.

Hələlik dünya liderlərinin harada və nə zaman görüşəcəyi məlum deyil.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png