İlyasam, el üçün qaynayır qanım:
Elsiz kimə gərək şeirim, dastanım.
(İlyas Tapdıq)
Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri də şair İlyas Tapdıqdır. 1934-cü ildə Gədəbəydə anadan olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeiri ilə başlayıb. “Uşaqgəncnəşr”, “Azərnəşr”, “Gənclik” nəşriyyatlarında, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. O, 1992-1995-ci illərdə “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri olub.
AZƏRTAC xəbər verir ki, bu gün tanınmış şair İlyas Tapdığın doğum günüdür. Şairi ən çox gənc oxucular tanıyır. Orta məktəb illərində İlyas Tapdığın şeirlərini oxuyan gənclər onun yaradıcılığından bəhrələnmişlər. İlyas Tapdıq yaradıcılığı zənginliyi ilə seçilir. Onun hər bir şeiri bədii yükü, fəlsəfi zənginliyi, oxunaqlığı və poetik gözəlliyi ilə seçilir.
İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi, həvəslə əzbərlədiyi, söylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var..." şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılmışdır. "Qaçaq dovşan" poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərləri təkrarlamır, orijinallığı ilə diqqəti cəlb edir. Əsərdə yırtıcı, hiyləgər heyvanlarla dostluq edən dovşan fərasətli, qoçaq, sayıqdır. Şairin “Üzüm” şeiridə olduqca maraqlıdır.
ÜZÜM
Düzüm-düzüm
Ağ üzüm,
Günəşin damlasısan,
Sən də ana torpağın
Qənd-şəkər balasısan!
Baxımsız qoymaq olmaz,
Üzümdən doymaq olmaz.
Şair Azərbaycan poeziyasında Abdulla Şaiqdən sonra uşaq ədəbiyyatına dəyərli töhfələr verən qələm adamı kimi tanınır. O, mənsub olduğu xalqın ədəbiyyatını, folklorunu yorulmadan tədqiq və təbliğ edən bir fikir adamı olaraq çox mənalı və zəngin həyat yolu keçib. Hər bir şeirində uşaqların tərbiyəsi və inkişafı nəzərə alınıb. Şairin “Dəvələr” şeiridə maraqlıdır.
Dəvələr
Nənənin evində gəbə var.
Gəbənin üstündə
dəvə var,
Dəvənin belində
təpə var,
Təpənin üstündə
nəvə var.
Dəvənin yunundan toxunur gəbələr,
Dəvənin üstündə dayanır təpələr,
Təpələr üstündə oynayır nəvələr.
Şairin yaradıcılığında vətən mövzusunda əsərlər mühüm yer tutur.Onun 20 yanvar şəhidlərinə həsr olunmuş "Bir şəhiddir ürəyim" şeirini həyəcansız oxumaq olmur. İ.Tapdığın zəngin söz dünyasından hər kəsə pay düşüb. O, mindən çox nəşrin redaktoru olub, yeni yazmağa başlayan yüzlərlə şairin, gənc qələm adamının kitabına “Ön söz” yazıb, xüsusilə gənclərə öz xeyir-duasını əsirgəməyib. Gədəbəy torpağının gözəlliklərini, uca dağlarının əzəmətini, bulaq suyunun saflığını, çəmən güllərinin xoş rayihəsini şeiriyyata gətirən İlyas Tapdığın özü də başı qarlı dağlar kimi ucalardan uca olub. Şairin şeirlərinin başdan-başa həyata, insanlara sevgidən yoğurulub. Bütün ömrünü aşıq sənətinin təbliğinə, folklorumuza, uşaq ədəbiyyatına, gənc şairlərin yetişməsinə həsr edən şairin xatirəsi hər zaman xatırlanacaq.
Şair 25 dekabr 2016-cı ildə Bakıda vəfat edib. Qəbri Badamdar qəbirstanlığında yerləşir.
Mahmud Əyyub



Azərbaycanda sabiq hakim həbs edildi
Azərbaycan elminə AĞIR İTKİ: professor VƏFAT ETDİ - FOTO
Tanınmış şair vəfat etdi
12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
Osman Sarıvəllini UNUTMADIQ!
Tanınmış şair vəfat etdi
Məşhur aparıcı ata olacaq
22 iyun Xəlil Rza Ulutürkün anım günüdür
Aqşin Babayev vəfat edib
Bu gün Fərman Kərimzadə vəfat etdiyi gündür
17 mart Fərman Kərimzadənin vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 