Unutmayaq, unutdurmayaq! Xəlil Rza 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olub. İki saylı Salyan şəhər orta məktəbində təhsil aldığı ilk illərdən o, öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazanıb. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcıhq meydanına çıxması üçün hazırlıq dövrü olub. Onun ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub. 1949-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. Burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilib. Sonra onun ilk şeirlər toplusu - "Bahar gəlir" (1957) kitabı da nəşr olunub. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona Əməkdar incəsənət xadimi fəxri adı verilir. Şeirlərini müxtəlif təxəllüslərlə çap etdirən şair sonralar ömrünün sonunadək bütün şeirlərini “Xəlil Rza Ulutürk” təxəllüsü ilə çap etdirib. O, milli-azadlıq hərəkatının öncüllərindən olub. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı. Xəlil Rza Ulutürk Fəxri xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal" ordeni ilə təltif edildi.
22 iyun Xəlil Rza Ulutürkün anım günüdür



22 İYUN XƏLİL RZA ULUTÜRKÜN VƏFAT ETDİYİ GÜNDÜR
22 İYUN XƏLİL RZA ULUTÜRKÜN VƏFAT ETDİYİ GÜNDÜR
21 oktyabr Xəlil Rza Ulutürkün doğulduğu gündür
Xəlil Rza Ulutürk
13 may Hikmət Ziyanın doğulduğu gündür
13 may Hikmət Ziyanın doğulduğu gündür
12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
Bu gün İsmayıl Şıxlının doğulduğu gündür
Bu gün Mikayıl Müşfiqin doğum günüdür
26 iyul İsmayıl Şıxlının vəfat etdiyi gündür
22 mart İsmayıl Şıxlının doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 