Gedirsən...
Elə gedirsən ,
Barmaqlarımın ucundan axa-axa,
Gözümün içinə baxa-baxa,
Yavaş-yavaş, alışdıra-alışdıra...
Fikir eləməyim deyə,
Ağlımı qarışdıra-qarışdıra , gedirsən.
Lövbərini sahilə atıb gedən gəmi kimisən,
Dönməyəcəyini bilirəm,
gözləmirəm yolunu.
Amma baxacam arxanca,
Gözlərimin qarası ağında əriyənə qədər.
Saçlarımı vida yerinə yelləyib,
Əllərimi üzümə sıxıb yola salıram səni.
Heç getməsəydin keşkə...
Gedişin Günəşli günlərimə
qara bulud kimi çökür.
Ayları, illəri bölüşürdük
Göy qurşağım idin mənim,
Gözlərim yağandan sonra görüşürdük.
Sən gedirsən...
Hər gün biraz uzaqlığınla boyanıram,
Yaşıl yatıb, sarı oyanıram.
Həyatımı baxış- baxış süstləyənim,
İllərimi naxış – naxış işləyənim,
Sənə demək istədiklərimi ürəyimdə qoyursan.
Tətiyi çəkilmiş tüfəng kimisən artıq.
Gözlərimdən , baxışlarımdan,
əllərimdən, saçlarımdan gedirsən.
Gedirsən...
Barmaqlarımın ucundan axa-axa ,
Gözümün içinə baxa-baxa .
Yavaş -yavaş, alışdıra-alışdıra...
Fikir eləməyim deyə,
Ağlımı qarışdıra-qarışdıra, gedirsən.
Alacağın olsun həyat,
Onsuz da bütün sevdiklərimi alacaqsan.
Qoy onu sevə-sevə yola salım.
Əzizim, özünə yaxşı bax deyə bilməyəcəm,
Əlvida deməyə də dilim gəlmir.
Məni unutma...
Məni unutma ... GƏNCLİYİM.
Nuranə Nur



Sən kimsən ki, oraya gedirsən? - Prezidentdən SƏRT XƏBƏRDARLIQ
Kremldən Paşinyana: Zelenskinin yolu ilə gedirsən!
“Özüylə mənim uşağımı da apardı” - İbrahim Borçalı
Trampdan İrana qarşı sərt sözlər
Evdə hazırlaya biləcəyiniz asan dondurma resepti
Bakıda 9-cu sinif şagirdindən mağaza sahibinə qarşı ŞOK ƏMƏL
Satıcılara səs verək!
Dolanışıq- YUNUS OĞUZ YAZIR
Çoban qovurmasının hazırlanması
“Günəş xala Brnonu necə partlatdı…”- TAHİR TAHİROVİÇ yazır
Virusa yoluxanlar- YUNUS OĞUZ YAZIR
Yaşıl bananın faydaları nədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 