Bakının yenə fəsillərə meydan oxuduğu bir gün idi. Eyvanda siqaret çəkirdim. Mayın tən ortasında özünü dekabrdakı kimi aparırdı. Kim bilir bəlkə də o da keçmişi üçün darıxıb, ya da tam əksinə, çox hirsli və peşmandır. Bilmirəm ki, elə bu anda telefon səs elədi, video gəlmişdi…
Video göndərənin nömrəsi mənə o qədər tanış idi ki, öz nömrəm olduğunu anlamağım üçün müəyyən zaman lazım oldu. Təəccübüm getdikdən sonra videonu açdım:
Məclis idi, məkanı tanımırdım amma, məclisdə iştirak edənlər hamısı tanış simalar idi. İlkin olaraq, anamı gördüm, başında olan bütün saçları ağarıb, yenə də əlində boşqablar harasa gedirdi, oğlum, qardaşım oğlanları gənc olublar, telefonda bir-birlərinə nəsə göstərib xısın-xısın gülüşürlər, çox mehribandılar, indiki hallarına heç oxşamırlar. Qardaşımın səsi gəlir, səsi gəlməsə bəlkə də tanımazdım. Başında heç tük qalmayıb, uşaqlara nəsə deyir. Anam yenə kadra düşür, nəsə gətirib stolun üzərinə qoyur və uşaqları masaya çağırır. Məclisdə tanımadığım, daha öncə heç görmədiyim daha bir neçə uşaq var. 10-15 yaşlarında hamısı bizə oxşayır, hamısı xoşbəxt görünür, hamısının gözləri gülür, bir də həmişəki qonaqlar var, dayım və bibim. Sadəcə hamısı biraz daha yaşlı görünür, çünki yaşlanıblar. Televizor da açıqdı, arxa fonda xəbərlərin də səsi gəlir və ekranda çox önəmli biri olduğu sezilən qıyıq və ağıllı gözlərə sahib biri danışmaqdadır. Gözlərim videoda atamı axtarır. Masada həmişə onun əyləşdiyi tərəfə baxıram, boşdur, amma ora boş qablar qoyulub, gələcək o zaman, maraqla gözləyirəm, videonun da sonuna çox qalmayıb. Çəkiliş də qeyri-peşəkardı…
Atam yəqin yenə gecikir, həmişəki kimi, o da gəlməlidi, elə bu zaman qapı döyülür, qapı döymək tərzindən bildim odur, yenə gecikib … Oğlum durur qapını açır, videoda görünmür ancaq səsi gəlir:
“Nənə, gördün Papa da gəldi… Demişdim axı, babanın ad günündə o harada olsa gələcək”



Yunus Oğuzdan ibrətamiz MƏSƏL
Məşhur aktyordan qandonduran olay
"Qəbrimin üstünə gəlməyin..." - İntihar edən Elinanın tükürpədici MƏKTUBU ÜZƏ ÇIXDI
3 yaşına qədər olan uşaqlara uşaqpulu verilə bilər - TƏKLİF
Toylarda arağa qadağa qoyula bilər? - AÇIQLAMA
Fəxrəddin Manafovun SON DURUMU
Elvinin ölümü ilə bağlı ŞOK FAKTLAR
Uşaq evində böyümüş şəhidin qandonduran həyatı- Müsahibə
İtkin düşən Fəridin anası nələri açıqladı- MÜSAHİBƏ
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
CİNQUŞ-ƏMZİK… YUNUS OĞUZ yazır
"Aygünün bəxti hər zaman gətirir, onda şeytanlıq var"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 