Baş dərisinin intensiv masajı, hər gün saç yuma, aqressiv tərkibli maskalar, dəsmalla düzgün qurutmama, saçları düzümləri, quru şampunun tez-tez istifadəsi, fendən çox istifadəsi və saç kəsimindən imtina saçların vəziyyətini pisləşdirir.
Bu barədə rusiyalı terapevt, dermato-veneroloq və preventiv tibb həkimi Mariya Kızımko xəbərdarlıq edib.
O, saç qulluğu barədə cəmiyyətdə yayılan miflərdən danışıb. Onları təqdim edirik.
Mif 1: Hər gün saç yumaq saçlar üçün faydalıdır.
Tez-tez yuma saçları təbii nəmləndirici komponentlərdən məhrum edir, onları quru və kövrək edir. Aqressiv şampunlar isə baş dərisini qıcıqlandıra bilər. Ən optimalı həftədə 2-3 dəfə sulfatsız yumşaq şampunlardan istifadə edərək saç yumaqdır.
Mif 2: Soğan, sarımsaq və xardal maskaları saç böyüməsini sürətləndirir.
Qan dövranını stimullaşdırmaq vədlərinə baxmayaraq, belə maskalar tez-tez qıcıqlanma, allergiya və hətta yanıqlara səbəb olur. Minoksidil kimi güclü tökülmə əleyhinə vasitələrin müstəqil istifadəsi problemi daha da ağırlaşdıra bilər.
Mif 3: Baş dərisinin intensiv masajı saç böyüməsini yaxşılaşdırır.
Həddindən artıq enerjili daranma, masaj saç köklərini zədələyə və iltihablanmaya səbəb ola bilər. Yuyunma zamanı barmaq ucları ilə yüngül masaj və ya xüsusi fırçalardan istifadə daha faydalı olacaq, lakin onlarla da ehtiyatlı olmaq lazımdır.
Həkim, həmçinin bildirib ki, saç uclarında qırıqlar (daha çox "saçqıran" kimi tanınır) varsa, kəsilməlidir, əks halda saçın quruluşunu zəiflədir, onu kövrək edir və daha çox qırılmağa səbəb olur. Bundan başqa saçı bərk yığmaqla olan düzümlər də zərərlidir: saçların daimi dartılması onların qırılmasına və follikulların zədələnməsinə səbəb olur.
"Digər bir səhv - dəsmalla düzgün qurutmamadır. Yuyunduqdan sonra saçları dəsmalla həddindən artıq intensiv sürtmək saçların qırılmasına və kutikula zədələnməsinə səbəb ola bilər. Yüksək temperaturun müntəzəm təsiri saç quruluşunun zədələnməsinə, qurumaya və kövrəkliyə səbəb ola bilər. Bundan əlavə, quru şampunun tez-tez istifadəsi baş dərisində məhsulun yığılmasına səbəb ola bilər ki, bu da qaşınma, qabıq və saç vəziyyətinin pisləşməsinə səbəb olur", - deyə həkim bildirib.



Saçları sabunla yumaq olarmı? - Mütəxəssis rəyi
Yapon qadınlarının gözəl saçlarının sirrləri
Saçları tez-tez yağlanan xanımların DİQQƏTİNƏ!
Saçları tez-tez yağlanan xanımlar - MÜTLƏQ OXUYUN!
Gözəl və qalın saçlar üçün İNANILMAZ maskalar
Saçları fenləmək ziyandır?
Saçlar tökülməsin deyə həftədə neçə dəfə yuyulmalıdır?
Saçlara ZƏRƏR verən vərdişlər
Paltar yuyarkən BU SƏHVLƏRİ etməyin
Soyuqda saçları qoruyan maskalar
Dərinizi cavanlaşdıran və parıltı verən maskalar
Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 