Sağlam və gözəl saçlara sahib olmaq hər kəsin arzusudur. Bunun üçün nə tələb olunur?
ONN media xəbər verir ki, türkiyəli dermatoloq Ata Nejat Ertek saçları həddindən artıq yumağın quruma və yanma ilə nəticələndiyini bildirib.
Mütəxəssis saçların 3 gündən bir yuyulmasının zəruri olduğunu bildirir: “Saçdakı turşu maddəsi qoruyucu lipit təbəqəni əritdiyi üçün ilıq suya üstünlük verin”.
Ertek saçquruducunun yüksək temperaturda istifadə edilməsinin yanlış olduğunu vurğulayıb. “Saçları yüksək temperaturda fenləmək və ya formaya salmaq zərərlidir. Rezin və tacdan da istifadə etməyin. Əks halda saç kökü qırıla bilər”.
Mütəxəssis qeyd edib ki, saçlarınızda tökülmə və ya hər hansı problem müşahidə edirsinizsə, dermatoloq tövsiyəsi ilə hərəkət edin: “Saçlarınızda sədəf, ekzema kimi dəri xəstəlikləri, ya da tökülmə varsa, kükürd və qətran ehtiva edən, göbələk və bakteriyalara qarşı qoruyucu xüsusiyyəti olan şampunlardan istifadə edin. Saçlarınız sürətli şəkildə tökülürsə, biotin, sink, selenium, metionin, E, B, D vitaminlərini ehtiva edən vasitələrdən istifadə edin”.
Ertek saç üçün doğru vitaminlərin təyin olunmasının əhəmiyyətindən də danışıb: “A vitamininin əskikliyi saçları gücsüz edir və kəpəyin yaranmasını sürətləndirir. B1 və ya B6 vitaminləri çatışmazlığı isə saç tökülməsinə səbəb olur. C vitamini saçın uzanmasını və piqment istehsalını nizamlayır. B12 vitamini isə saç kökünü bəsləyir".(publika)



Saçlarımızı hansı temperaturda yumalıyıq?
Yapon qadınlarının gözəl saçlarının sirrləri
Saçlarınız tez yağlanırsa, bu vasitələrdən istifadə edin
Şampunu əvəz edən ən effektli 5 təbii vasitə hansılardır?
Saçları fenləmək ziyandır?
Mixəyin saçlara İNANILMAZ TƏSİRİ - VİDEO
Kişilər saçlarını necə qorusun? – Ev şəratində qulluğun üstünlükləri
Dırnaqlarınızı sağlam saxlamağın yolu
Sağlam və parlaq saçlar üçün mükəmməl MASKA
Baxımlı saçlara necə sahib olmaq olar?
Saçları tez-tez yağlanan xanımların DİQQƏTİNƏ!
Taxta darağın faydaları
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 