Son vaxtlar sosial şəbəkələrdə keratin məhsullarının insan sağlamlığı üçün təhlükəsizliyi ilə bağlı müzakirələr artıb. Xüsusilə formaldehid kimi zərərli maddələrin bu məhsullarda mövcudluğu və nəzarət mexanizmləri barədə suallar gündəmdədir.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi açıqlama verib.
Qurumun məlumatında bildirilib ki, "Texniki tənzimləmə haqqında" Qanuna əsasən, ətriyyat və kosmetik məhsullar – o cümlədən saç düzləşdirici vasitələr – texniki reqlament tələblərinə tabedir. Hazırda Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış "Ətriyyat-kosmetika mallarının təhlükəsizliyi haqqında" texniki reqlament layihəsi müzakirə mərhələsindədir. Bu sənəddə fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərə dair tələblər, eləcə də formaldehidin istifadəsinə məhdudiyyətlər və ya tam qadağalar nəzərdə tutulub.
Agentlik qeyd edib ki, keratin məhsullarına dair tələblər beynəlxalq standartlara uyğun olaraq ГОСТ 32850-2014 və ГОСТ 31679-2012 sənədlərində əksini tapır. Həmin standartlar məhsulların texniki xüsusiyyətləri ilə yanaşı, toksiki və allergik təsirləri də əhatə edir.
Bildirilib ki, bu məhsulların uyğunluğunun qiymətləndirilməsi və sertifikatlaşdırılması yalnız akreditasiya olunmuş qurumlar tərəfindən həyata keçirilir. Sertifikatı olmayan malların satışına isə qanunla qadağa qoyulub.
Agentlik əlavə edib ki, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Lakin insan həyatı və sağlamlığına ciddi təhlükə yaradan hallar barədə əsaslandırılmış müraciətlər daxil olduqda araşdırma aparılır.
Qurum vətəndaşlara çağırış edib ki, keyfiyyətsiz və ya təhlükəli məhsullarla bağlı şikayətləri rəsmi internet səhifəsi (https://competition.gov.az) və ya [email protected] ünvanına təqdim etsinlər.



Azərbaycanda bu qida məhsulları təhlükəli hesab ediləcək
Azərbaycanda yeni agentlik yaradıldı
Azərbaycanda Trendyol qadağan olunacaq
Prezident Məmməd Abbasbəyliyə yüksək vəzifə verdi
İlham Əliyevdən bu quruma yeni təyinat olub
Ölkədəki kimyəvi silahlar belə məhv ediləcək - QƏRAR
Bu komitə ləğv olundu
Azərbaycanda "Wolt”la bağlı araşdırmalara başlanıldı
Azərbaycanda elektron siqaretlərlə bağlı YENİLİK
Təhsil Nazirliyi daha bir rəsmi məlumat yaydı
Kafe və restoranlar qarşısında yeni tələblər qoyulur
Buğda çörəyi ilə bağlı dövlət standartı təsdiq edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 