Sosial şəbəkələrdə Türkiyədən göndərilən dərmanların vətəndaşlardan alındığı deyilir.
Belə ki, bir çox sosial şəbəkə istifadəçiləri paylaşım edərək daha əvvəllər Türkiyədən Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı (PTT) vasitəsilə il ərzində on dəfə Azərbaycana dərman göndərdiklərini qeyd ediblər. Lakin artıq vətəndaşlara Azərbaycana dərman göndərməyin mümkün olmadığı bildirilib.
Bəzi şəbəkə istifadəçiləri bu qadağanın üç ildir tətbiq olunduğunu, bəziləri isə bu ildən belə bir məhdudiyyətlə qarşılaşdıqlarını qeyd edirlər. Vətəndaşlar gətirilən və ya göndərdikləri dərmanların şəxsi istifadə üçün olduğunu xüsusilə qeyd edirlər. Qadağanın isə Azərbaycan tərəfindən qoyulduğu iddia olunur.
Məsələ ilə bağlı “Azərpoçt” MMC-yə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı yaranan çətinliyin qurumun səlahiyyətlərinə heç bir aidiyyəti yoxdur.
Ölkəyə gətirilən məhsullar və utilizasiya ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətlərini nəzərə alaraq məsələ ilə bağlı onların da rəyini öyrənməyə çalışdıq. Komitədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə heç bir qadağa yoxdur:
“Hər bir şəxs şəxsi istifadə məqsədilə, şəxsi istifadə miqdarında dərman vasitəsi gətirə bilər. Bu məsələ Nazirlər Kabinetinin 305 saylı qərarının 2.1.7 bəndi ilə tənzimlənir”.
Söhbət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarından gedir. Belə ki, “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən, gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası”nın 2.1.7-ci bəndində qeyd edilir:
“2.1.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri keçirilə bilər”.
Qeyd edək ki, bir qrup ekspert mətbuata açıqlamalarında son bir ildə dərman qiymətlərinin bir neçə dəfə bahalaşdığını və keyfiyyətlərinin düşdüyünü qeyd ediblər



Dərman bazarındakı qıtlığın səbəbi nədir?
“Azərpoçt” 6 aydan çox qalan bağlamaları satır? – Rəsmi
Ölkəyə dərman gətirənlərin NƏZƏRİNƏ
Ölkəyə gətirilən avtomobillər üçün gömrük ödənişləri artdı? - RƏSMİ
Əhaliyə XƏBƏRDARLIQ- Saxta mesajlar...
Azərbaycanda bu dərmanların satışı qadağan olunur
Apteklərdə hərarətsalıcı dərman qıtlığı var? - RƏSMİ
Türkiyədən Azərbaycana əlavə aviareyslər təşkil ediləcək
Satışa çıxarılan COVID-19 müalicə paketi barədə RƏSMİ AÇIQLAMA
“Smart Customs”a giriş çətinləşdirilir? - AÇIQLAMA
Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir
Koronavirus dünyada dərman istehsalının azalmasına səbəb ola bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 