ONN media xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan “Qaloş piri” ilə bağlı görüntülər seyid Miribiş ağanın nəvələrinin hiddətinə səbəb olub.
Onun nəvələrindən biri – İsmayıl Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, babalarının papağının qaloş kimi təqdim olunması xoşlarına gəlmir.
İ.Məmmədovun sözlərinə görə, Goranboyun Qurbanzadə kəndinin sakini olmuş Miribiş ağa 1972-ci ildə vəfat edib.
Hər il seyidin vəfatı günü, yəni iyunun 8-də onun evində ehsan verilir. Sosial şəbəkələrdə paylaşılan görüntülər də həmin gün çəkilib. İnsanların inancına görə, əməlisaleh seyidin əşyalarına toxunmaq sağlamlıqla bağlı bir çox müşkülləri aradan qaldırır. Həmin mərasimdə isə niyyəti olanlar Miribiş ağanın papağına toxunurmuşlar.
“Azərbaycanda bu qədər seyid ocaqları, ziyarətgahlar var. Hamı ziyarət edir, oradan nicat tapır. Atamızın, babamızın papağına qaloş deyilməsi bizə çox pis təsir edir. Bu papağın 80 yaşı var. Həmin gün papağı mühafizə etmək üçün sellofana qoymuşduq ki, insanlar hər dəfə əlini çəkəndə xarab olmasın. Bizi tənqid və təhqir edənlər əvvəlcə gəlib bizi tanısınlar, dönüb özlərinə baxsınlar ki, kimdirlər, sonra belə danışsınlar”, - deyə İ.Məmmədov əlavə edib.
Qeyd edib ki, evdə Miribiş ağanın əşyaları olduğu kimi qorunur.



Azərbaycanda “Qaloş piri” biabırçılığı: Başlarına sürtüb, şəfa gözləyirlər - VİDEO
Dini Komitə “Qaloş piri”ndə araşdırma apardı
"Seçkilərlə bağlı sosial şəbəkələrdə 300-ə yaxın videopayşalım var" - MSK üzvü
Sədərək TM-də bir qrup şəxs girov götürülüb?
Metroda qadın uşağının yerində oturan yaşlı arvadın BAŞINA GÖRÜN NƏ OYUN AÇDI
Bakı küçələrində erməni mahnısı səsləndirdilər – VİDEO
DİN bu yeniyetmə ilə bağlı hərəkətə keçdi
Bu gün Nihal Atsızın doğulduğu gündür
Bakıda gənc oğlan bu əməlinə görə saxlanıldı
Xudayarı təhqir edəni döyənlər tapıldı - RƏSMİ
Bakıda videosu yayılan tibb bacısını maşın vuraraq öldürdü
Rəsulun toyundan bu kadrlar trend oldu – Video
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 