Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarında dəyişiklik edib.
ONN media xəbər verir ki, dəyişiklik zabit və sıravi heyətə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə əlaqədardır.
Qərara əsasən, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. İndiyə qədər döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilib və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılıblar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.
Bundan sonra Dövlət Sərhəd Xidmətinin (DSX) döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən zabitlərinə və sıravi heyətinə də bu güzəşt şamil ediləcək. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçiriləcək və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılacaqlar. Bu halda da həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.



Hərbi xidmət müddəti azaldılacaq
Azərbaycanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” QANUN DƏYİŞDİ
Hərbi qulluqçularının ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulub? - RƏSMİ
Əmək pensiyaları ilə bağlı qərar imzalandı
Azərbaycanda bu uşaqlara PUL VERİLƏCK
NK-də bu qərarlara dəyişiklik edildi
Pensiyalarla bağlı qaydalarda yeni dəyişikliklər edildi
Bu uşaqlara gələn aydan PUL VERİLƏCƏK
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
ASAN-da xidmət saatları uzadıldı - BUNA GÖRƏ...
Əmək pensiyası ilə bağlı VACİB QƏRAR
Prezident hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM İMZALADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 