Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Uzaq Şərq Regional axtarış-xilasetmə bölməsinin xilasediciləri itən "Vostok" gəmisinin ekipaj üzvlərinin sahil zolağında axtarışı ehtimalını istisna etmirlər.
ONN media Trend-ə istinadən xəbər verir ki, bölmənin mətbuat katibi Yelena Çuvaşova bildirib ki, sahillə qəza siqnalının işə düşdüyü yer arasında yüzlərlə kilometr məsafə olduğunu unutmaq olmaz: "Dənizçiləri sahildə tapmaq ehtimalı elə də böyük deyil, hələ belə qərar qəbul edilməyib. Bununla belə, xilasedicilər sahildə axtarışı istisna etmirlər".
O əlavə edib ki, Primoryenin cənub sahili buxta və körfəzlərə görə çox girintili-çıxıntılıdır və yüzlərlə km boyunca uzanır: "Həmçinin buzlaq sahələr sahildə axtarışı çətinləşdirəcək".
Qeyd edək ki, Saxalində "Vostok" balıqçı gəmisinin itməsi ilə əlaqədar cinayət işi açılıb.
Təhqiqat RF Cinayət Məcəlləsinini 236-cı maddəsinin 3-cü bəndi üzrə (Dəniz nəqliyyatının hərəkəti və istismarı üzrə təhlükəsizlik qaydalarının pozulması - ehtiyatsızlıqdan 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) aparılır.
"Vostok" gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub. Yanvarın 24-ü gecə qəza siqnalından sonra gəmi ilə əlaqə kəsilib. Axtarışlar davam edir.
Gəmidə olanlardan 2-si azərbaycanlıdır - 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadə.



Sahildə bağlama tapdı - Açanda GÖZLƏRİNƏ İNANMADI
Dəhşət- Sahildə içi sərnişinlə dolu gəmi yanır
Dənizdə iki balıqçı itkin düşdü
İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı
İtən alpinistlərin axtarışı ilə bağlı - Son xəbər
Astarada TORPAQ SÜRÜŞDÜ
Partlayış zamanı ölənlərin sayı artdı
Daxili işlər nazirindən yeni TƏYİNAT
Azərbaycanlı jurnalistə Rusiyada yüksək vəzifə
Kahramanmaraşda son durum necədir?
Çində gəmi qəzası: 12 nəfər itkin düşdü
DSX Xəzərdə taktiki təlimlər keçirdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 