Türkiyə erməniləri Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində panerməni oyunlarına qatılmaqdan imtina ediblər. ONN media xəbər verir ki, bu məlumatı “Milliyyət” qəzeti yayıb. Qəzet Erməni Olimpiadası İstanbul Komitəsinin Ermənistan Olimpiya Komitəsinə məsələ ilə bağlı etiraz etdiyini bildirib. İstanbul komitəsi bu ilk oyunların Qarabağda keçirilməsinin siyasi qərar olduğunu bildirib. Nəticədə panerməni oyunlarına 300 nəfərlik nümayəndə heyəti qatılmaqdan imtina edib. Türkiyədən olan erməni idmançılarına otel və təyyarə rezervasiyaları sona anda ləğv edilib. Erməni Olimpiadası İstanbul Komitəsinin rəhbəri Hayqaram Qarasu “Milliyyət”ə açıqlama verərək İrəvanın atdığı addımın yanlış olduğunu bildirib: “Hər il İrəvandakı müsabiqələrə gedərək, İstanbulu alqışlayırdıq. Türkiyə və Azərbaycan ilə diplomatik böhrana yol açan bir bölgədə idman yarışının keçirilməsi siyasi seçimdir. Biz bu ölkənin vətəndaşıyıq və bir xəttimiz var. Azərbaycanlı dostlarımızı təəssüfləndirəcək bir diplomatik problem varsa, biz belə bir şeyin içində olmarıq. Türkiyə vətəndaşları olaraq, Qarabağa getməyin yanlış olduğunu düşündük”. “Taksimspor” İdman Klubunun rəhbəri Qaro Hamamcıyan isə bu qərarı könüllü olaraq qəbul etdiklərini bildirib: “Qarabağ məsələsi həssas mövzudur. Olimpiadanın gözəlliyi rəsmi keçid mərasimidir. Bizə rəsmi “keçidə qatılmayın, amma oyunlarda yer alın” dedilər. Bu, qəbuledilməzdir”. Qəzetə açıqlama verən Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmi nümayəndəsi Ramil Qurbanov isə panerməni oyunlarının Qarabağda keçirilməsinin beynəlxalq qanunlara zidd olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyədən Qarabağdakı oyunlara qatılım olsaydı, bu, Türkiyə-Azərbaycan əlaqələrində təxribat olaraq şərh ediləcəkdi.
300 erməni Qarabağdan imtina etdi- Nə baş verir?



Ermənilər Azərbaycanla sərhəddə xidmət etməkdən imtina etdi
Türkiyədə erməni dilində kanal açılır?!- ŞOK
İrəvan azərbaycanlı əsirləri dəyişməkdən imtina etdi
İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası
Azərbaycan danışıqlardan niyə imtina edir? - Səbəb açıqlandı
Qarabağda erməni hərbçi vuruldu
İrəvanda növbəti QALMAQAL
Qarabağdan olan ermənilər etiraz aksiyası keçirir - SON DƏQİQƏ
Bayden “erməni soyqırımı”nı tanıyacaq – ŞOK
XİN-dən SƏRT CAVAB- İstifadə olunmamalıdır!
Makron İlham Əliyevə zəng edib
Çoxları soruşa bilər ki, Qarabağ... - Nikoldan Xankəndidə ŞOK SÖZLƏR
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 