“Hazırda Bayıl yamacında tərəfimizdən geofiziki kəşfiyyat işləri aparılır, sürüşmənin baş vermə səbəbləri araşdırılır. Bir növ ərazidə aidiyyəti qurumlar tərəfindən görüləcək işlər üçün geoloji əsas hazırlanır”.
ONN media xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, sürüşmə sahəsində quraşdırılmış üfüqi mayaklarda çatlar əmələ gəlib və ərazidə çökmə-oturma prosesi gedir.
Ekspedisiya rəisi qeyd edib ki, elektrik kəşfiyyat üsulundan (ŞEZ) istifadə edilməklə, prosesin hansı dərinlikdə getdiyini öyrənmək üçün işlər həyata keçirilir.
Qeyd edək ki, Teleqüllə sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.



Teleqüllənin uçması gözlənilirmi? — AÇIQLAMA
“Teleqüllə” yaxınlığında təhlükə böyüyür
Bayıl yamacında daha bir sürüşmə
Teleqüllənin yaxınlığındakı çatlar genişlənə bilər - Nazirlik
"Teleqüllə" ətrafında son vəziyyət necədir?
Sürüşmə yenidən aktivləşib
Bayıldakı son vəziyyət AÇIQLANDI
Sürüşmələr aktivləşdi, yeni sürüşmə sahələri yarandı
Bayılda yenə sürüşmə oldu
İsmayıllıda torpaq sürüşməsi olub
Bayılda vəziyyət necədir?-AÇIQLAMA
Bayılla bağlı YENİ QƏRAR - Bu gündən...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 