Cəlilabad rayonunun Petrovka adlanan yaşayış məntəqəsində naməlum şəxslər həyətyanı evləri daşa basır, insanları qorxudurlar. ONN media xəbər verir ki, bu barədə Azvision.az -a yerli sakinlər məlumat veriblər. Bildirilib ki, anoloji hadisə hər gün axşam saatlarında baş verir. Evləri daşa basan şəxsləri tapmaq mümkün olmayıb. Cəlilabad rayon sakini Qızqayıt Şükürovanın sözlərinə görə, atılan daşlar evlərin pəncərələrinin sınmasına səbəb olur. "Artıq iki ildir ki, evlərimiz naməlum şəxlər tərəfindən daşlanır. Sonuncu dəfə anoloji hal dünən gecə saatlarında baş verib".
Q.Şükürova qeyd edib ki, Petrovkada yaşayan sakinlər hər gecəni təşviş içində keçirirlər: "Bunu kimlərin etdiyini bilmirik. Əsasən evlərin damına və pəncərələrə daş atırlar. Gecə olan kimi başlayırlar. Dünən bizim evimizi axşam saat 10-dan gecə 3-ə kimi daşladılar. Bunu edən şəxsləri heç kim tapa bilmir və daşların hansı istiqamətdən atıldığını da müəyyənləşdirə bilmirik. Qonşuların evləri növbə ilə daşlanır. Bu barədə polisə məlumat vermişik, gəlib izahat alıb gediblər. Artıq iki ildir ki, Cəlilabadın müxtəlif yerlərində Məhərrəmlik ayı ərəfəsi eyni hal yaşanır. Hamımız qorxu içindəyik, nə edəcəyimizi bilmirik".



Paytaxtda ŞOK HADİSƏ: Yaşayış evlərini daşlayıb, sakinləri qorxudurlar
Dəhşət: döyülərək küçəyə atılan 18 yaşlı qız öldü - Təfərrüat
Vəhşi heyvanlar Zərdaba hücum etdi - İnsanlar QORXU İÇİNDƏ
Cəlilabadda ata və oğlu bıçaqlandı
Almaniyada müsəlmanları qəzəbləndirən HADİSƏ: 20 məzar dağıdıldı
Rusiya səmasında qəribə varlıq görüldü
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Canavarlar sürüyə hücum etdi - Böyük TƏLƏFAT
Cəlilabad sakinin maşınını həyətində yandırdılar
Bakıda QORXUNC GECƏ: 3 nəfər öldü
Xırdalanda evlər kütləvi satılır- SƏBƏB NƏDİR?
Bakıda marşrut avtobusuna hücum etdilər - FOTOLAR
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 