Tanınmış prodüsser, aparıcı Tarix Əliyev (Tolik) "Instagram" hesabında Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı maraqlı iddia ilə çıxış edib. ONN media xəbər verir ki, o, zibillərin çeşidlənməsi üçün paytaxta gətirilən zibil qablarındakı tullantıların digər zibillərlə eyni maşına boşaldıldığını bildirib və buna etiraz edib. Tolik BŞİH-in bu məqsədlə büdcədən aldığı maliyyə vəsaitinin boş yerə xərcləndiyinə diqqət çəkib. "Zibillər eyni maşına qoyulub daşınır. Zibil qutularına büdcədən yalandan nə qədər pul xərcləndi, amma zibil maşınları eynidir", - deyə prodüsser deyib. Məsələ ilə bağlı saytımıza açıqlama verən BŞİH-in mətbuat katibi İsrafil Kərimov bu iddianı əsassız adlandırıb. Onun sözlərinə görə, pilot layihə çərçivəsində Nərimanov rayonuna çeşidli zibillərin yığılması üçün üç ədəd xüsusi zibil daşıyan avtomobil cəlb edilib: "Bunlar narıncı rəngdədir və üzərində müvafiq olaraq, "karton", "şüşə", "kağız", "metal", "plastik" sözləri yazılıb. Bu avtomobillər gün ərzində çeşidli atılan zibilləri yığır. Layihədən əvvəl təkrar emala göndərilən tullantılar günlük iki ton idisə, hazırda bu rəqəm 20 tonu keçib. Bu iddianın heç bir əsası yoxdur".oxu.az
Tolikdən BŞİH-ə zibil ittihamı: Yalan yerə büdcədən pul xərclədilər - VİDEO



Sakinlər yeni zibil yeşiklərindən niyə istifadə edə bilmirlər?
Bakıya gətirilən zibil konteynerlərinin qiyməti nə qədərdir?
Bakıda mənzillərə zibil paketəri paylanıldı - Foto
Bakıya yeni gətirilən zibil qutusu yandı
Mənzillərə paketlər paylanacaq: Tullantılara görə
BŞİH-nin bir neçə idarəsi ləğv edildi
BŞİH-dən mitinqlə bağlı açıqlama
İki ölkə arasındakı zibil müharibəsi yenidən qızışdı
Özbəkistanda zibili musiqi sədaları altında daşıyırlar
Eldar Əzizovdan İLK TƏYİNAT
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu ərazi nəzarətə götürüldü
Yalnız bu halda evdən çıxmağa icazə verilir - Kamran Əliyev
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 